Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib

Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib ki, bu da Bolqarıstan və Rumıniyanın Şengen sazişinə tam qoşulmasına imkan verəcək.

APA “ORF” telekanalına istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib.

“Biz mane olmayacağıq. “Şengen torpağı” indi Rumıniya və Bolqarıstan üçün də açıqdır”, - nazir vurğulayıb.