Ermənistan prezidenti İtaliya səfiri ilə sülh prosesini müzakirə edib

Ermənistan prezidenti Vahaq Xaçaturyan ölkədə diplomatik fəaliyyətini başa vuran İtaliya səfiri Alfonso Di Ritsonu qəbul edib.

“Report” Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı regional vəziyyətə və Cənubi Qafqazda baş verən hadisələrə toxunulub.

V.Xaçaturyan Ermənistanın qonşuları ilə mehriban münasibətlər qurulması və regionda dayanıqlı sülhün bərqərar olması istiqamətində ardıcıl addımlar atdığını vurğulayıb.