Fransa prezidenti Emmanuel Makron Gürcüstan hökumətini Avropa yoluna xəyanətdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə Polşanın baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstanda keçirilmiş seçkilərdən sonra hökumət başçısının bəyanatları seçki öncəsi seçicilərə deyilənlərlə tamamilə ziddiyyət təşkil edir.
E.Makron Gürcüstandakı vəziyyətlə bağlı narahatlığını bir daha ifadə edib.
O, Rusiyanın Avropadakı seçkilər prosesinə hibrid hücumlar etdiyini də söyləyib. Buna nümunə olaraq prezident Gürcüstan, Moldova və Rumıniyanı göstərib.
“Gürcüstan aşkar hücumun və manipulyasiyanın qurbanı oldu”, - E.Makron söyləyib.