Dövlət başçısı böhran idarəçiliyinin də nümunəsini göstərdi - DEPUTAT
Yusif Nəzərli
22:30 29.12.2024
Siyasət
437
Siyasi peşəkarlıq, cəsarət və iradə öz sözünü dedi
“Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə başsağlığı verənlərin içində gizləniblər”
"Uğurla keçən 2024-cü ilin son günlərində məruz qaldığımız təyyarə qəzası bütün dünyada böyük əks-səda doğurdu. Bəli, Prezident İlham Əliyevin Uca Göylərdə verdiyi dönüş qərarı ilk növbədə, Ali Baş Komandan davranışı idi, siyasi peşəkarlığı, cəsarəti və iradəsinin nümayişiydi, 44 günlük müqəddəs müharibədəki əmrlərin davamı idi. Dövlət başçısının böhran idarəçiliyi, hər bir insanı qorumaq üçün hökumət orqanlarını səfərbər etməsi və çevik qərarları hərbi meydanda ordumuza göstərilən münasibətlə eyni olmaqla 2-ci Qarabağ savaşı dövründəki kimi milli birliyi təmin etdi, ictimai şoku azaltdı, dövlətimizlə qlobal həmrəyliyə səbəb oldu".
Bunu millət vəkili Zahid Oruc Milli Məclisin iclasında çıxışı zamanı deyib. Deputat bildirib ki, qəzadan xilas olan sərnişinlərin silahlı yaraları, istintaqın ilkin nəticələri və informasiya vasitələrinə düşən sübutlar təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu, radioelektron sistemlərin söndürüldüyü və hava gəmisinin ölümə məhkum edildiyi üçün ölkəmiz günahkar olan hər bir şəxsin cəzalandırılmasını, Moskvanın üzrxahlıq etməsini, təzminat ödəməsini istəyirdi:
"Əks halda hər keçən gün müttəfiqliyə zərbə, tarixi qarşıdurma və fitnəkarlıq tərəfdarlarının xeyrinə işləyirdi. Nəhayət, Rusiya rəhbərliyinin rəsmən üzr istəməsi təyyarənin vurulmasını Bakı-Moskva arasında diplomatik krizə, siyasi qəzaya çevirmək istəyənlərin qarşısını aldı. Qlobal medianın manşetinə daşınan tezis - “necə olur, böyük dövlət rəhbərlərini saymayan, kollektiv Qərb və onların rəhbərləri ilə savaş aparan Putin Prezident İlham Əliyevin siyasi iradəsi ilə hesablaşır” sualının tək bir cavabı var - Azərbaycan dövlət başçısı heç bir gizli xəyanət layihələrində iştirak etmir, mərd və etibarlıdır, regionu və ölkəmizi qlobal savaşlara qatmır, xalqımızın mənafeyini güzəştsiz və prinsipial qoruyur. Son 200 ildə Rusiya rəhbərləri qarşısında zəif görünən xanlar, cümhuriyyət rəhbərləri və sovet başçıları ilə müqayisədə İlham Əliyev fərqli liderlik nümunələri yaradır. Kiçik ölkə komplekslərini aradan qaldırır, şəxsiyyət miqyası ilə millətimizi böyüdür. Son 2 əsrdə iki ölkə Azərbaycan-Rusiya münasibətləri heç vaxt indiki qədər bərabərhüquqlu olmayıb. Sükanı sona qədər canı ilə qoruyan və 67 nəfərə qəsdi 29 insanın xilası ilə ifşa edən qəhrəman pilotların, “kəməri bağlayın və yaxşı olacaq”, çağırışını milli şüara çevirən Hökümə Əliyevanın göylərdəki hünərini Qarabağ səmasında canını qurban verənlərlə bir mərtəbədə tuturuq".
Parlament üzvü bəyan edib ki, xalqımız bilməlidir ki, Qələbəmizə görə bizi cəzalandırmağa qalxanlar indi təyyarə qəzasının arxasında ölkəmizə başsağlığı verənlərin içində gizləniblər: "Azərbaycanın boyundan yuxarı, ambisiyalı və açıq siyasi kurs yürütdüyünü bəhanə edib vurmaq istəyənlər, 2020-ci ildə dövlətimizi Qarabağda Rusiya, İran və beynəlmiləl ordularla toqquşdurmağa çalışanlar təyyarə faciəsinə görə ölkəmizi qarşıdurmaya çəkənlərlə eyni qüvvələrdir. Hadisənin qlobal rezonansı bizi qəza və qəzza zolağında, daima matəmdə saxlamaq, xalqımızı qalibiyyət yolundan və sabaha inamdan döndərmək niyyətini də üzə çıxardı. Gəlin, soyuqqanlı təhlil edək, əgər Rusiyanın hava məkanı uçuşlar üçün təhlükəlidirsə, hökumət mütləq müvafiq qərar qəbul edəcək. Lakin Azərbaycan dövləti atdığı addımları xaos yayan sosial şəbəkələrin, xaricdən idarə olunan terror mediasının və işğal partiyasının basqısı, isterik çağırışları ilə deyil, məhz milli mənafelər əsasında verir. Qəzaya səbəb kimi sərhəddin bağlı olmasını göstərənlər, heç olmasa, indi Azərbaycan dövlətinin xalqımızı hansı təhlükələrdən qorumaq üçün antisosial və antihumanist görünən, lakin məhz milli təhlükəsizliyimizi təmin etmək üçün Rusiya-Ukrayna müharibəsindən qorunan məcburi qərarını anlayırmı? Qarabağda qalib gələn dövləti istənilən beynəlxalq toqquşmaya çəkməyə çalışanların məqsədi Azərbaycanı məğlub edib hakimiyyət dəyişikliyinə zəmin hazırlamaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm
SEPAH ABŞ-nin dörd ölkədəki hərbi bazalarına zərbə endirdi
09:55 02.09.2026
Dünya