Ermənistan dövlətinin mövcudluğu artıq risk altındadır- ŞƏRH

 “Real Ermənisatan” sülh gündəliyi yaxın aylarda yox, heç yaxın illərdə müsbət sonluqla bitəcəyinə ümid vermir. Demək, həmişə olduğu kimi Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir

Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il müraciəti zamanı sülh prosesindən danışıb. Baş nazir qeyd edib ki, “Real Ermənistan” bizim sülh gündəliyinin konseptual, ideoloji əsası və əsaslandırmasıdır. Onun sözlərinə görə, “Real Ermənistan” ideologiyası olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil. Paşinyan sözügedən ideologiyanı ölkə siyasətinin əsası kimi qələmə verib. Bunu ölkənin və dünya gündəminin əsası üçün “dönüş nöqtəsi” adlandıran baş nazir ideologiya çərçivəsində Ermənistanın hərəkət və sözlərinə diqqət yetirilməsinin vacib olduğunu deyib.


AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Sherg.az"a deyib ki, Ermənisatının indiyədək yürütdüyü siyasət və ana idielogiya “Dənizdən dənizə Böyük Ermənistan” qurmaq xülyasıdır. 


Siyasi şərhçi vurğulayıb ki, erməni ideoloqları və siyasi liderləri təkcə Azərbaycan ərazilərinə deyil, Türkiyə və Gürcüstan, hətta İranın bəzi vilayətlərinə iddiadadırlar: 

"Ermənistan keçmiş Sovet İttifaqı dağıldıqdan sonra qəbul etdiyi müsəqillik Bəyannaməsində və Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını  “qanuniləşdirdilər”.  Ermənistan Ali Soveti Azərbaycana məxsus keçmiş "Dağlıq Qarabağ" Muxtar Vilayəti”nin ilhaqı ilə bağlı qərar qəbul etdi. Eyni zamanda dövlət gerblərində “Ararat” adlandırdıqları Türkiyənin Ağrıdağ dağının simvol olaraq təsvirini əks etdirdilər. Ardınca Gürcüstanın Cavaxetiya  bölgəsinə göz dikdilər. Ötən əsrin 80-ci illərin sonu, 90-cu illərin əvvələrində dünyada baş verən siyasi böhrandan və SSRİ-nin dağılmasından bəhrələnən Ermənistan beynəlxalq diasporun, erməni kilsəsinin və Rusiyanın birbaşa dəstəyi ilə Azərbaycana qarşı işğalçılıq yürüşünə çıxdı və keçmiş !Dağlıq Qarabağ"ı və ona bitişik rayonlar da daxil olmaqla 20 faiz torpaqlarımızı işğal etdi. Ermənistanda 300 min yerli azərbaycanlını bir həftə ərzində silah gücünə deportasiya etdi, soyqırıma mərzu qoydu. Həmçinin, Azərbaycana təcavüzü nəticəsində on minlərlə dinc sakin qətlə yetirildi və 1 milyon insan doğma torpaqlarından köçkün salındı. Ardınca Türkiyə ilə əlaqələr kəsildi və münasibətlər pisləşdi. Gürcüstanla Cavaxetiyaya görə müəyyən gərginliklər yaşandı. Ermənistan siyasi liderlərinin məhz zəhərlənmiş olduqları “Böyük Ermənisatan” ideyası nəticə etibarı ilə bu dövləti qonşuları ilə düşmən etdi. İrəvan öz-özünü blokadaya saldı".

Analitikə görə, erməni xalqını zəhərləyən həmin ideolgiya onilliklər davam edir və bu ermənilərə müharibələrdən, məhrumiyyətlərdən, ağır facilərdən başqa heç nə verməyib: 

"Rusların və beynəlxalq imperialimin fəal dəstəyi ilə Azərbaycan torpaqları hesabına qurulan Ermənistan dövlətinin mövcuduluğu artıq risk altındadır. Çünki tarixi himayədarı olan Rusiya ciddi sınaq dövründədir və Ukrayna ilə savaşdan necə çıxacağı bilinmir. Güvəndiyi Fransa və İranın beynəlxalq və regional nüfuzu sürətlə zəifləyir. Bunların əksinə olaraq on illiklər ərzində  düşməncə münasibət bəslədikləri və nifrət dolu təbliğat apardıqları Türkiyə və Azərbaycan regional və beynəlxalq gücə çevrilməkdədir. Dünya siyasətinin müəyyənləşməsində hər iki dövlətin sözü və mövqeyi ciddi qəbul edilir, nəzərə alınır. Baxmayaraq ki, Fransa və Hindistan kimi ölkələr Ermənistanı sürətlə silahlandırır. Ancaq bütün bunlar İrəvanı təhlükələdən nəinki qoruya bilər, hətta daha çətin duruma sala bilər. Paşinyan yeni il təbrik çıxışında da görünür reallıqları tədricən reallıqları anlamağa bağlayır və soydaşlarını da bu reallıqları nəzərə almağın zəruriliyini başa salmağa çalışır. Amma bununla belə “Real Ermənistan” sülh gündəliyinin konseptual, əsası və əsaslandırılması istiqamətində praktiki addımlar atamaqda Paşinyanın qətiyyəti və fəaliyyətini görünmür. Bəzən də bunun əksi təzahür edir".

Ə.Oruclu qeyd edib ki, Ermənistan dövlət büdcəsindən müdafiə xərclərini demək olar iki dəfəyədək artırıb: 

"NATO silahlarını və mütəxəsisilərini davamlı olaraq bölgəyə yerləşdirir. Bununla yanaşı Hindistandan öldürücü  və dağıdıcı silahlar alır. Konstitusiyasında və digər qanunlarında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları barədə təsbit olunan maddələrin ləğvindən boyun qaçırır. Cəhənnəmə vasil olan ATƏT-in Minsk Qrupunun buraxlmsını razılıq vermir. Sərhədlərin delimitasiya və demarkasiyasını, həmçinin Zəngəzur dəhlizinin çılmasını ləngidir və s.  Bütün bunlar isə “Real Ermənisatan” sülh gündəliyinin yaxın aylarda yox, heç yaxın illərdə müsbət sonluqla bitəcəyinə ümid vermir. Demək, həmişə olduğu kimi Paşinyan öz xalqına qarşı da ikiüzlülük edir. Dedikləri ilə əməlləri tərs mütanasiblik yaradır.  Real Ermənistanın mövcudluğu üçün Paşinyan Azərbaycanla və Türkiyə arasında münasibətlərin normallaşdırılmasını və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Hər ötən fürsət və keçən gün İrəvanın əleyhinə işləyir".