Kremldən Berbokun açıqlamasına CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Telegram kanalında Almaniya xarici işlər naziri Annalen Berboku ABŞ-ın Almaniyadakı hərbi bazaları barədə danışmağa dəvət edib .

Teleqraf.com xəbər verir ki, Zaxarova bunu alman nazirin daha öncə səsləndirdiyi "Rusiya hərbi bazaları Suriyadan çıxarılsın" təklifinə cavab olaraq bildirib.

“Bunu ABŞ hərbi bazalarının yerləşdiyi ölkənin xarici işlər naziri deyir. Mənim bir sualım var: Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin Vaşinqtonla bağlı da eyni təkliflə çıxış etməsinin vaxtı deyilmi ?” - Zaxarova qeyd edib.

Yanvarın 3-də Almaniyanın xarici işlər naziri Barbok Suriyaya səfəri zamanı bildirib ki, Rusiyanın öz bazalarını çıxarması Suriyanın suverenliyinə hörmət olacaq.

Daha əvvəl məlum olmuşdu ki, Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri Berbokun əlini sıxmayıblar.