Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə yalnız onun tərəfindən birbaşa dəvət alarsa qatılacağını bildirib.
O, qeyd edib ki, ümumiyyətlə, ABŞ prezidentlərinin inauqurasiya mərasimlərinə liderlər rəsmi dəvət olunmur, lakin dəvət olmadan belə, bəzi liderlərin öz təşəbbüsləri ilə mərasimə qatıldığını vurğulayıb.
“Dəvət olmadan getmək mənim üçün mümkün deyil”
Musavat.com biıdirir ki, Zelenski bu məsələdə prinsipial olduğunu ifadə edərək deyib: “Mən dəvət olunmadığım yerə gedə bilmirəm. Bu, mənim xarakterimə ziddir. Bəziləri dəvət olunmadan da gedə bilər, amma mən bunu edə bilmirəm. Putin dəvət etmədiyimiz halda gəldi, amma mən belə hərəkət edə bilmərəm.”
Zelenski bildirib ki, bəzi liderlər istədikləri zaman belə tədbirlərə qatılır, lakin onun üçün birbaşa dəvət almaq vacibdir: “Mənim üçün bu, çox ağır məsələdir. Əgər dəvət varsa, gedərəm, yoxdursa, getmərəm. Bu, həm etika, həm də prinsip məsələsidir.”