Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Annalena Berbok, Jan-Noel Barro və Radoslav Sikorski ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra Vaşinqtona səfər etməyi planlaşdırırlar.
“Report” xəbər verir ki, bu barədə “Politico” üç avropalı diplomata istinadən məlumat yayıb.
“Xarici siyasət idarələrinin rəhbərləri bununla Avropanın birliyini nümayiş etdirmək istəyirlər”, - qəzetin müsahibləri bildiriblər.
Səfərin tarixi hələ təsdiqlənməyib, detalları isə müzakirə olunur. Agentliyin məlumatına görə, Almaniya, Fransa və Polşa XİN başçılarını Avropa diplomatiyasının rəhbəri Kaya Kallas müşayiət edə bilər.