ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan dərhal sonra Çinə səfər etmək niyyətindədir.
Sherg.az xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə əsasən bildirir.
Mənbələrin sözlərinə görə, o, prezidentlik fəaliyyətinin ilk 100 günü ərzində səfər etməyi planlaşdırır, lakin yekun qərar hələ verilməyib.
Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq və mərasimdə Çin liderinin müavini Han Zheng iştirak edəcək.
Yanvarın 17-də o, Çin lideri Si Cinpin ilə telefon danışığı aparıb və deyib ki, ABŞ və Çin tezliklə “bir çox problemləri həll edəcək”.
Tramp sonuncu dəfə Pekinə 2017-ci ildə birinci müddətinin əvvəlində səfər edib.