
Analitik: AKP yenidən cəlbedici olmağa başlayır
Yusif Nəzərli
05:00 27.02.2025
Siyasət
376
Ancaq müsbət nəticə üçün ölkədə mövcud olan iqtisadi problemlər də həllini tapmalıdır
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dünən Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən başqan seçilib. Partiyanın idarə heyəti də yenilənib. Ərdoğan 60 min insan qarşısında çıxış edib və yeni idarə heyətini açıqlayıb. Bildirib ki, İdarə Heyətində 40 faiz kadr dəyişiklikləri olub. İdarəetməyə isə yeni adlar qatılıb. Bu siyahıda Mövlud Çavuşoğlu və məşhur türk futbolçu Məsud Özilin də adı var. Məlumata görə, partiyanın Ankarada keçirilən qurultayında Özil ümumilikdə 75 nəfərdən ibarət şuraya 39 yeni üzvdən biri təyin edilib. Ərdoğan kabinetdə dəyişikliklər edərək beşdən yeddiyə qədər nazirin dəyişə biləcəyini bildirib: “Partiyamızın rəhbərliyini mənə bir daha etibar etdiyiniz üçün hamınıza təşəkkür edirəm. 23,5 ildir ki, biz nə Türkiyəni, nə də xalqımızı heç vaxt məyus etməmişik və bundan sonra da onları ruhdan salmayacağıq. Biz dayanmayacağıq və tərəddüd etmədən xalqa və ölkəmizə xidmət edərək hərəkət edəcəyik”. Məlumata görə, bəzi idarələrin ayrı-ayrı nazirliklərə bölünməsi məsələsi də müzakirə mövzusudur.
Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, hər şeyin başında niyyət dayanır, niyyət haradırsa, mənzil də ora olacaq. Ekspertin sözlərinə görə, Ərdoğan Türkiyənin daxili və xarici siyasətində partiyanı mərkəzə gətirir:

"Qlobal səviyyədə gedən dəyişikliklər fonunda Türkiyənin aktivləşməsi və hər şeyin mərkəzində yer alması siyasəti ölkə daxilində də gedir. Hakim AKP dəyişilir, yeni nəfəs gətirilir. Eyni zamanda idarəetmədə yeni komanda formalaşdırılır. Niyyət gözəldir, əgər əməli fəaliyyətdə də gözlənilən addımlar atılacaqsa, düşünürəm ki, Ərdoğanın rəhbərlik etdiyi AKP öz istəklərinə nail ola biləcək. Çünki getdikcə AKP yenidən cəlbedici olmağa başlayır. Ancaq müsbət nəticə üçün ölkədə mövcud olan iqtisadi problemlər də həllini tapmalıdır. İlk növbədə həmin problemləri, inflyasiyanı həll etməyə və insanların rifahını yüksəltməyə ehtiyac var. Hesab edirəm ki, qarşıdakı illərdə hökumətin əsas hədəfi bu istiqamətdə olacaq. Problemlər həll olunarsa, Türkiyə terrorsuz bir dövlət halına gələrsə, seçkilərdə AKP-nin, "Cümhur İttifaqı"nın qarşısında kimsə dura bilməyəcək. Yəni perspektiv var, ancaq problemlər də var. Problemləri də həll etmək üçün məhz bu dəyişikliklər həyata keçirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SHXÇDX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
16:06 19.01.2026
Ölkə
"Qarabağ"ın oyununa satılan biletlərin sayı bilindi
15:31 19.01.2026
Futbol
Bakıda 3 dərəcə şaxta olacaq
15:24 19.01.2026
Ekologiya
Yaponiya parlamenti yanvarın 23-də buraxılacaq
15:04 19.01.2026
Dünya
İran XİN rəhbəri Davos Forumunda iştirak etməyəcək
14:52 19.01.2026
Dünya
“Tramp Marşrutu” dəhliz deyil - Rubinyan
14:46 19.01.2026
Cənubi Qafqaz
Ölkədə nikahların və boşanmaların sayı azalıb
14:36 19.01.2026
Sosial
Azərbaycanda əhalinin sayı açıqlanıb
14:31 19.01.2026
Sosial
İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb
14:17 19.01.2026
Media
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
14:14 19.01.2026
Mədəniyyət
Analitik: Şaraanın kürd qərarı çıxış yolu üçün ən optimal addımdır
14:06 19.01.2026
Dünya
Tramp Putini Qəzza üzrə “Sülh Şurası”na dəvət edib
13:59 19.01.2026
Dünya
Zabitlik məktəbi, rütbədən uca bir ad -Kəşfiyyatın “Mixaylosu”
13:47 19.01.2026
Cəmiyyət
Qazaxıstanda yeni Konstitusiya qəbul oluna bilər
13:29 19.01.2026
Dünya
İsrail mətbuatında Türkiyə sancısı! Bu papaq Ərdoğanın: Tam qələbə
13:17 19.01.2026
Dünya