
Ermənistan regionda təklənmiş durumdadır - POLİTOLOQ
Yusif Nəzərli
01:13 05.03.2025
Siyasət
580
Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verir
Ermənistanın Baş naziri Nikol Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referenduma təklif verməyi planlaşdırır. Əvəzində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq. Bu barədə “Hraparak” hakim Mülki Müqavilə Partiyasındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Paşinyan təşəbbüsə geniş siyasi dəstək olmasa belə, bu planı həyata keçirmək əzmindədir. Qeyd edək ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.
Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı müzakirələrin rəsmi səviyyədə qüvvətlənməsi Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır. Ekspertə görə, məntiqlə, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil:

"Bu, daha çox Prezident İlham Əliyevin yazdığı və diktə etdiyi prinsiplərdir. Çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yarada bilmə gücünün bundan sonra da davam edə biləcəyini istisna etmir. Ermənistan konstitusiya dəyişikliyinə getməzsə, deməli, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının hüquqi bazasını saxlamış olacaq. Ana qanuna dəyişikliklə isə həmin baza aradan qalxacaq və bu, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına maneə olan hüquqi əngəlləri aradan qaldıracaq. Ona görə də Ermənistan bütün bu reallıqları və Azərbaycanın geosiyasi oriyentirinin nə qədər güclü olduğunu başa düşərək, müəyyən mənada İlham Əliyevin tələblərinə boyun əymək məcburiyyətində qalır. Azərbaycan indi üçün Ermənistanda konstitusiyaya sivil qaydada dəyişiklik edilməsinin tərəfdarıdır. Ermənistan buna əməl etməsə, Azərbaycan sərhəddə əlavə əməliyyatlar aparmaqla yeni düzən formalaşdırmağa qadir olduğunu bir daha göstərəcək. Ona görə də Ermənistan Azərbaycanın tələblərinə, şərtlərinə, formalaşdırdığı yeni doktrinaya tabe olmaq zərurətlərini hiss edir".
Politoloq əlavə edib ki, rəsmi İrəvanın Azərbaycana qarşı geosiyasi dönüş nöqtəsi yarada bilmə potensialı isə yoxdur:
"Çünki bu dövlət ilk növbədə Rusiyanın, Avropa İttifaqının, ABŞ-nin poliqon mərkəzinə çevrilib. İranın Ermənistanla bağlı ambisiyaları getdikcə genişlənir. Rəsmi Tehran daha İrəvanın təhlükəsizlik zəmanəti kimi deyil, İrəvana təhdid yaradan formada çıxış edir. Yəni hazırda Ermənistanın təhlükəsizliyi İran üçün o qədər də önəm daşımır. Həmçinin Ermənistan İrana qarşı gedə bilmək potensialında deyil və buradan hər hansı siqnal veriləndə Tehran dərhal İrəvana müəyyən xəbərdarlıq mesajları göndərir. Göründüyü kimi, Ermənistan regionda təklənmiş durumdadır. Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi