
Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə əsaslanır -Millət vəkili
12:03 06.03.2025
Siyasət
725
Azərbaycan və Türkiyə qarşılıqlı əməkdaşlığının yüksək səviyyəsi hər iki ölkə üçün son dərəcə mühüm əhəmiyyəti ilə şərtlənir. Azərbaycan və Türkiyə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində müttəfiq, strateji tərəfdaş olan, güclü iqtisadi, mədəni əlaqələrə malik iki ölkədir.
Türkiyə Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətdir. 1992-ci ilin yanvarından isə ölkələrimiz arasında diplomatik münasibətlərin təməli qoyulub və həmin ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin hazırda Azərbaycanın digər böyük şəhərlərindən Gəncədə və Naxçıvanda da baş konsulluqları fəaliyyətdədir.
Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyur. Ölkələrimizin təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılan irimiqyaslı layihələr təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun inkişafında həlledici rol oynayır.
Milli Məclisin deputatı Vüqar İskəndərov "Sherg.az"a bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər dünyada analoqu olmayan bir səviyyədədir:

"Bir çox ölkələr arasında strateji tərəfdaşlıq və dostluq əlaqələri mövcuddur, lakin Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə, ortaq milli dəyərlərə və xalqlarımızın əsrlər boyu formalaşmış birlik-bərabərlik ruhuna əsaslanır. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasındakı əməkdaşlıq dinamik şəkildə inkişaf edib və son illərdə daha da güclənib. Bu münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri və siyasi arenadakı fəal mövqeləri mühüm rol oynayır. Xüsusilə 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləyib. Bu sənəd təkcə hərbi əməkdaşlığı deyil, eyni zamanda iqtisadi, mədəni, enerji və digər sahələri də əhatə edərək iki ölkənin müttəfiqlik münasibətlərini yeni zirvəyə çatdırıb".
Deputat əlavə edib ki, Azərbaycan və Türkiyə regional və qlobal layihələrdə də sıx əməkdaşlıq edir:
"Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və TANAP kimi nəhəng enerji və nəqliyyat layihələri bu əməkdaşlığın bariz nümunələrindəndir. Son illərdə ölkələr arasında ticarət dövriyyəsinin artması və iqtisadi əlaqələrin genişlənməsi, qarşılıqlı sərmayələrin həcminin yüksəlməsi bu münasibətlərin gələcək perspektivini daha da gücləndirir.
Bununla yanaşı, dünyada dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyə regionun əsas söz sahiblərinə çevrilir. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək və Türk dünyasının Avropa və Asiya ilə birləşməsində mühüm rol oynayacaq. Bu dəhliz təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyası və region ölkələri üçün yeni iqtisadi və strateji imkanlar yaradacaq.
Beləliklə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər təkcə qardaşlıq əlaqələri deyil, həm də siyasi, iqtisadi və strateji əməkdaşlığın ən yüksək səviyyəsidir. Bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni layihələrlə daha da güclənəcəyi şübhəsizdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət