Azərbaycan regional, Türkiyə isə qlobal gücə çevrilib - Sabiq səfir
09:10 10.03.2025
Siyasət
817
"İki qardaş ölkənin bir yerdə olması həm Türk, həm Azərbaycan xalqını, həm də türk dünyasını sevindirir”
Bu günlərdə Azərbaycan-Türkiyə arasında həyata keçirilən mühüm tədbirlər və layihələr iki ölkənin dostluq və qardaşlıq əlaqələrini bir daha gücləndirməklə yanaşı, həm də regionda və dünyada strateji əhəmiyyət kəsb edən bir çox yeniliyi ortaya qoydu.
Bir tərəfdən, enerjinin təminatı və regional əməkdaşlıq məsələləri, digər tərəfdən isə yeni nəqliyyat və iqtisadi əlaqələr həm türk dünyasını, həm də qlobal güc balansını dəyişdirə biləcək təsirə malikdir. İki ölkənin rəhbərləri, bu strateji layihələrin yalnız iqtisadi deyil, həm də siyasi təsirini müzakirə edərək, həm Türkiyənin, həm də Azərbaycanın gücünün dünyada daha geniş şəkildə tanınmasına şərait yaratdılar.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Sherg.az-a Azərbaycan-Türkiyə münasibətlərindəki inkişafdan danışıb:
"Bir neçə gün əvvəl Ankarada Türkiyə və Azərbaycan tarixinə yeni səhifə əlavə olundu. Bu yeni səhifə Türkiyə-Azərbaycan qardaşlığının bu gün gəlib çatdığı səviyyəni açıq şəkildə nümayiş etdirdi. Bütün dünyanın gözü, qulağı Ankarada idi. Dünyanın eşitdiyi mesajlar dostlarımızı sevindirdi, düşmənlərimizi isə təbii ki, məyus etdi. Bizim dostluğumuz çox önəmlidir. Bunu hamı bilməlidir. Düşmənlərimiz soruşsalar, 44 günlük Vətən müharibəsinə baxsınlar. Prezidentlər Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinə nəzər saldılar. Onlar həmçinin regional və dünya məsələlərini müzakirə etdilər".
Sabiq səfir Azərbaycanın regional, Türkiyənin isə qlobal gücə çevrildiyini bildirib:
"İki qardaş ölkənin bir yerdə olması həm Türk, həm Azərbaycan xalqını, həm də türk dünyasını sevindirir.
Iğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Beləliklə, Naxçıvanımız qazı birbaşa başqa ölkəyə qoşulmadan Türkiyə üzərindən alacaq. Təbii ki, bu qaz Azərbaycandan gələn qazdır. Ona görə də iki lider ikitərəfli münasibətlər çərçivəsində baş verən enerji dairələrinə diqqət yetirdilər.
Birinci layihə Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Ulu Öndər Heydər Əliyevin çətin mübarizəsi nəticəsində layihə 2006-cı ildə həyata keçirildi. Bu, Xəzər dənizini Aralıq dənizinə birləşdirən əsrin layihəsi idi.
İkinci qaz kəməri Bakı-Tbilisi-Ərzurumdur.
Üçüncü layihə isə çox vacibdir. TANAP-Trans Anadolu təbii qaz kəməri, Azərbaycandan başlayaraq, Tbilisidən keçərək Türkiyə üzərindən Avropaya gedir. Bu qaz kəməri Türkiyədən başqa 11 ölkənin enerji təhlükəsizliyini təmin edir. 11 ölkədən 10-nu Avropa İttifaqı ölkələridir. Yəni Avropa İttifaqının 10 ölkəsinin enerjiyə olan tələbatını Azərbaycan ödəyir.
Dördüncü layihə isə əlaqələrə yeni rəng qatan Iğdır-Naxçıvan layihəsidir.
Bu layihələr bir tərəfdən irəlləyərkən, nəqliyyat layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi də həyata keçirildi. Həmin layihə Avrasiyanın xəritəsini dəyişdi. Bu, əsrin dəmir ipək yolu layihəsi idi".
Müsahibimiz Azərbaycan və Türkiyənin TDT-yə verdiyi dəstəyə də diqqət çəkib:
"Azərbaycan və Türkiyə liderlərinin Türk Dövlətləri Təşkilatının yaradılmasına verdiyi dəstək sayəsində bu gün bu təşkilat yaradılıb. Təşkilat Avropa Birliyinə oxşayır. Amma ondan fərqlidir. Çünki Avropa İttifaqında müxtəlif etnik qruplar var. TDT isə eyni dildən, eyni soydan, eyni mədəniyyətdən olan insanları birləşdirən təşkilatdır.
İlham Əliyev və Rəcəp Tayyib Ərdoğan Türkiyə və Azərbaycanın enerji sahəsində həyata keçirdikləri layihələr haqqında dünyaya mesaj verdilər. Onların Türk Dövlətləri Təşkilatının yaradılmasına verdiyi töhfələri də bütün dünya eşitdi. Planların davamı və iki liderin verdiyi mesajlar Türkiyə və Azərbaycan xalqlarını, türk dünyasını sevindirdi.
Bu, doğrudan da, naxçıvanlılar üçün gözəl bir gün, bayram idi. Ümid edirəm ki, yeni layihədə verilən qaz Naxçıvanda yaşayan bacı və qardaşlarımız üçün faydalı olacaq".
Hulusi Kılıç sonda Türkiyə ilə Azərbaycan arasında daha mühüm layihələrin həyata keçiriləcəyini gözlədiyimizi söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual