Tramp fərqindədir ki, USAİD kimi təsisatlar Amerikaya yönəlmiş aqressiyanı artırır -ŞƏRH


"ABŞ prezidenti Donald Tramp Amerika maliyyəsi ilə fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyini (USAİD) fırıldaqçılıqda, maliyyə israfçılığı, korrupsiya və digər ölkələrin daxili işlərinə qarışıb, iğtişaşlar törətməkdə ittiham etdi. Amerika boyda dövlətə rəhbərlik edən Tramp fərqindədir ki, USAİD və bu qəbildən olan təsisatlar Amerikaya yönəlmiş aqressiyanı artırır". 

Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib. 

Ekspert bildirib ki, ölkəsinin "qan gölü"nə, uçuruma yuvarlandığını görən dövlətlər şübhəsiz ki, Amerika  ilə müttəfiqliyə isti yanaşmayacaqlar: 

"Yoxsulluğa qarşı mübarizə, insan hüquqları, bəşəri dəyərlər və humanitar yardımlar adı ilə pərdələnmiş bu qurum bu günə qədər onlarla ölkədə "inqilablar" həyata keçirib. Əxlaqsızlığı, mənəviyyatsızlığı təbliğ edib və bu məqsədlə milyardlarla ABŞ dolları vəsait sərf edib. Gürcüstanın Baş naziri İ.Kobaxidzenin də söylədiyi kimi, USAID təkcə Gürcüstanda "məxməri inqilablar"a olduqca iri məbləğdə vəsaitlər ayırıb. USAID Azərbaycanda da çox ciddi təsir şəbəkəsinə malik olub və daxili sabitliyi sarsıtmaq, konstusion quruluşu dəyişmək və digər məkrli məqsədlər üçün onlarla QHT və media subyektini maliyyəşdirib. Bu şəbəkə 44 günlük vətən müharibəsində dövlətimiz əleyhinə aşkar fəaliyyət göstərərək, suverenliyimiz və ərazi büyövlüyümüzə qarşı çağırışlar edib. Bu o dövrdə baş verib ki, Azərbaycanımızın igid övladları torpaqlarımızın azad edilməsi naminə öz canından keçir, Azərbaycan xalqı hamılıqla Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, əsl həmrəylik nümayiş etdirirdilər".

A.Niftiyevə görə, təxribatçı təşkilatların Azərbaycanda olan emissar şəbəkəsinə qarşı illərdir mübarizə aparanlara qarşı isə, gözdənsalma kampaniyası aparılıb: 
"Məlumdur ki, Azərbaycan dövlətinin aydın, qətiyyətli mövqeyi olmasaydı, USAID kimi "qurumlar" bizi də xaosa və məhvə uğradar, ölkəmizdə əxlaqsızlığın tərənnümü və yayılmasına nail olardılar. USAID Azərbaycanda fəaliyyətini dayandırdı. Ölkəmizi nəzarətinə almaq istəyən "təsisatlar" Azərbaycandan "iti qovan kimi qovuldular" və cəhənnəmə vasil oldular. Növbədə isə onların tör-töküntülərdir və heç şübhəsiz onlar da layiq olduğu, haqq etdiyi cəzanı alacaqlar".