
Elxan Şahinoğlu: Azərbaycan və Çin arasında siyasi təmaslar üst səviyyədədir
11:40 11.04.2025
Siyasət
318
Azərbaycan ilə Çin arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycan Çin şirkətləri ilə müxtəlif sahələrdə fəal əməkdaşlıq edir. Yaşıl ictimai nəqliyyat vasitələrinin istehsalı sahəsində Çin şirkətləri ilə qurulan əməkdaşlıq nəticəsində bu il istehsal edilən ilk elektrik avtobusları artıq istifadəyə verilib. Eyni zamanda, günəş panelləri istehsal edən Çin şirkətləri ilə də əlaqələr genişlənir və həmin panellər Azərbaycanda digər ölkələrin sərmayəsi ilə tikilən stansiyalarda istifadə olunur. Bununla yanaşı, Azərbaycan yaşıl enerji sahəsində Çinlə birbaşa sərmayə yatırılması istiqamətində danışıqlar aparır.
Müdafiə sahəsində də tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunur. Azərbaycan bu sahədə təchizatın coğrafiyasını genişləndirmək və Çinlə birgə istehsal müəssisələri yaratmaq niyyətindədir. Nəqliyyat və logistika sahəsində də əhəmiyyətli təşəbbüslər irəli sürülür. Azərbaycan Sədr Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyib və bu çərçivədə Orta Dəhliz layihəsində aktiv iştirak edir. Çindən gələn yüklərin Zəngəzur və Zəngilan istiqamətindən keçməsi üçün real imkanlar mövcuddur.
Bununla yanaşı, Azərbaycan və Çin beynəlxalq arenada da fəal əməkdaşlıq edir. Azərbaycan Qlobal Cənubun fəal üzvlərindən biri kimi Çinlə münasibətləri yüksək səviyyədə saxlayır. Çin, Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvüdür və bu çərçivədə də iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Ümumilikdə, Azərbaycan ilə Çin arasında çoxşaxəli münasibətlər dinamik şəkildə inkişaf edir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Azərbaycan və Çin arasında iqtisadi-siyasi təmasların ildən-ilə genişlənməsi göz önündədir:

"Hazırda Orta dəhliz layihəsi üstündə işlənilir. Çindən çıxan məhsullar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan üzərindən Avropaya daşınır. Bu, Bakı-Tbilisi-Qars istiqamətində imkanların genişlənməsi deməkdir. Həmçinin bütün bunlar Azərbaycan üçün faydalıdır. Yəni, bölgədə ölkəmizin yeri və rolu artır. Digər tərəfdən iki ölkə arasındakı əməkdaşlıq Çin üçün də əhəmiyyətlidir. Çünki Orta dəhliz bu ölkəyə alternativ yol qazandırır.Həmçinin Çin Rusiya-Ukrayna müharibəsindən dolayı Rusiyadan Avropa malları qəbul etmək istəyir. Lakin məsafə okeanlardan çox olur. Ona görə Orta dəhliz Çinin maraqlarına cavab verir. Eyni zamanda Azərbaycan və Çin arasında siyasi təmaslar üst səviyyədədir. Prezident İlham Əliyevin Çinə, bu ölkədən isə Azərbaycana səfərlər reallaşır. Hətta İlham Əliyev təklif edib ki, hərbi-sənaye kompleksi fonunda əməkdaşlığın genişlənməsi mümkündür".
Politoloq vurğulayıb ki, ümumiyyətlə Çin, iqtisadi inkişafına görə dünyada liderlər sırasındadır:
"Üstəlik, Vaşinqtonla yarışır. Məhz yaxın illərdə ABŞ-ı da ötə bilər. Bu mənada Azərbaycanın Çinlə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığının genişlənməsi hər iki tərəf üçün faydalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya
Milyarder sifətli robotlar satışa çıxarılan kimi qalmadı
13:26 08.12.2025
Texnologiya