
Azərbaycan TDT-nin lokomotividir -Analitik
11:40 14.04.2025
Siyasət
405
Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib.
Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır", - deyən dövlət başçısı əlavə edib:
"İstərdik ki, bu təşkilat (Türk Dövlətləri Təşkilatı – red.) daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var".
Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynayan əsas dövlətlərdən biridir. Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri kimi qəbul olunur. Bu baxımdan Azərbaycan daim bu əlaqələrin dərinləşməsinə töhfə verir və inteqrasiyanı təşviq edir. Azərbaycan, Türk Dövlətləri Təşkilatının (TDT) daha güclü, effektiv və nəticəyə yönəlmiş qurum kimi formalaşmasını dəstəkləyir. Rəsmi Bakı hesab edir ki, TDT zaman itirmədən qlobal miqyasda mühüm bir iştirakçıya çevrilməlidir. Bu məqsədlə təşkilat daha fəal olmalı, beynəlxalq proseslərdə aktiv mövqe sərgiləməli və qlobal məsələlərdə öz sözünü deməlidir.
Türk Dövlətləri Təşkilatının əsas fərqləndirici xüsusiyyəti onun etnik mənşəyə, ortaq tarixi köklərə, ümumi dəyərlərə və zəngin mədəni ənənələrə əsaslanmasıdır. Bu isə təşkilatın gələcək perspektivlərini daha da möhkəmləndirən mühüm amillərdəndir.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a söyləyib ki, Azərbaycan TDT-nin lokomotividir:

"TDT-nin yaranması və inkişafında Azərbaycanın, xüsusilə də Prezident İlham Əliyevin müstəsna rolu olmuşdur. 2024-cü ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı bu mövzuya xüsusi toxunaraq qeyd etdi ki, “bizim ailəmiz türk dünyasıdır”. Bu ifadə, əslində, Azərbaycanın yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini göstərən bir yol xəritəsidir. Prezident İlham Əliyev bu fikirlərlə diqqətin məhz Türk Dövlətləri Təşkilatına və ümumilikdə türk coğrafiyasına yönəldilməsinin vacibliyini vurğulayıb. O, türk dünyası ilə əlaqələri öz siyasi hakimiyyəti dövründə prioritet məsələ kimi önə çıxarıb və bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edib. Azərbaycan Prezidentinin bəyanatları göstərir ki, türk dövlətləri arasında daha sıx birliyin formalaşdırılması üçün konkret addımlar atılacaq".
Şərhçi əlavə edib ki, Prezident İlham Əliyev növbəti mərhələdə TDT-nin təsir imkanlarının artırılması, prinsiplərinin möhkəmləndirilməsi istiqamətində də fəal rol oynayacağını bildirib:
"Bütün bu addımlar Azərbaycanın türk dünyasında öz təbii yerini tutduğunu və bu istiqamətdə strateji siyasət yürütməyə davam edəcəyini göstərir. Prezidentin bu sahədəki siyasəti ölkə vətəndaşları tərəfindən də geniş şəkildə dəstəklənir və rəğbətlə qarşılanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moldova MDB-dən tamamilə çıxmağı planlaşdırır
22:57 19.01.2026
Dünya
Türkiyə Prezidenti: Bölgəmizdə müharibə istəmirik
22:41 19.01.2026
Dünya
Rumen Radev istefa verdi
22:26 19.01.2026
Dünya
Marko Rubio: Azərbaycanın bu addımı mühüm humanitar jestdir
22:14 19.01.2026
Siyasət
Qəzzada ölümcül virus həyəcanı yaşanır
22:11 19.01.2026
Dünya
Tramp Lukaşenkoya da dəvət göndərdi, müsbət cavab aldı
21:43 19.01.2026
Dünya
Suriya ordusu SDQ-nin yaratdığı dağıntıları görüntülədi - FOTO
21:37 19.01.2026
Dünya
Valentino Garavani vəfat edib
21:31 19.01.2026
Dünya
Ərdoğan: İnanırıq ki, İran çətinliklərin öhdəsindən gələcək
21:19 19.01.2026
Dünya
Nəsimi "Qurtuluş"dan getməsindən danışdı
21:06 19.01.2026
Gündəm
Ərdoğan Suriya prezidentini atəşkəs münasibətilə təbrik edib
20:49 19.01.2026
Dünya
İlham Əliyev Davosda ÜST-ün Baş direktoru ilə görüşüb
20:27 19.01.2026
Rəsmi
Suraxanıda 9 kq narkotik aşkarlandı
20:10 19.01.2026
Hadisə
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region