
Azərbaycan-Çin münasibətləri böyük sürətlə inkişafdadır -ŞƏRH
12:27 14.04.2025
Siyasət
528
Azərbaycan ilə Çin arasında qurulan diplomatik münasibətlər zamanla dərinləşərək bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. İkitərəfli əlaqələr təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də mədəniyyət, təhsil, texnologiya və beynəlxalq təşəbbüslər sahəsində əməkdaşlıqla zənginləşir. Son dövrlərdə Prezident İlham Əliyevin Çinlə bağlı çıxışlarında və müsahibələrində bu əlaqələrin əhəmiyyəti xüsusi vurğulanır.
Xüsusilə aprelin 9-da yerli və xarici beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən görüşdə dövlət başçısının səsləndirdiyi fikirlər, Çinlə əməkdaşlığın Azərbaycanın xarici siyasətində önəmli yer tutduğunu bir daha nümayiş etdirdi. Bundan əvvəl isə Prezident İlham Əliyevin Çin mediasına verdiyi geniş müsahibə, Pekin-Bakı münasibətlərinin strateji məzmununu və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın əsas prioritetlərini ortaya qoydu.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, son illər Azərbaycan və Çin arasında münasibətlər intensiv şəkildə inkişaf etməkdə davam edir:

“Bunun isə olduqca ciddi səbəbləri mövcuddur. Birincisi, rəsmi Bakı Qərb siyasi dairələrinin, xüsusilə də Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı qərəzli mövqe tutduğunu nəzərə alır. Çünki Qərb Azərbaycana daha çox təzyiq göstərmək metodundan istifadə edir. Halbuki Azərbaycan Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə ən etibarlı tərəfdaşı olaraq qarşılıqlı və bərabərhüquqlu iqtisadi, ticari əlaqələrə daha çox üstünlük verir. Qərbdə isə bütün iqtisadi və ticari münasibətlərlə yanaşı təzyiq metodlarına daha çox meyl göstərirlər. Bu isə rəsmi Bakını haqlı olaraq məmnun salmır. Ona görə də rəsmi Bakı Azərbaycanın inkişaf perspektivlərini nəzərə alaraq əks istiqamətlərə diqqət yetirməyə başlayıb. Əks iqtiqamətdə isə hazırda dünyanın ən sürətlə inkişaf eləməkdə olan ölkəsi Çin böyük əhəmiyyət daşıyır. Azərbaycan-Çin münasibətləri də böyük sürətlə inkişafdadır. Rəsmi Pekin üçün Azərbaycan strateji əhəmiyyətə malikdir. Çünki Azərbaycanın coğrafi mövqeyi elə yerləşib ki, Çin Avropaya çıxış yolunu Azərbaycan üzərindən aça bilər. Yəni Avropa ölkələriylə iqtisadi və ticari əməkdaşlıqda Azərbaycan tranzit ölkə olaraq Çinin strateji hədəflərində böyük önəm daşıyır. Eyni zamanda Azərbaycan üçün də iqtisadi cəhətdən yüksəlişdə olan Çinlə əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Ona görə də hazırda Azərbaycan-Çin münasibələrinin yaxınlaşması tamamilə pozitiv və normaldır. Azərbaycan-Çin münasibətlərində hər iki tərəf maraqlıdır və böyük faydalar götürəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya