
"3-5 il içində dünya müharibəsi başlasa, tarix bizi bağışlamayacaq" - Yücel Karauz
Yusif Nəzərli
04:19 11.05.2025
Siyasət
750
"Türk dövlətlərinin birləşməsi üçün bu dövlətlərin hərbi gücünün artırılması vacibdir. Türk dünyası üçün ortaq müdafiə sənayesi qurulmalıdır."
Sherg.az xəbər verir ki, bu fikirləri türkiyəli general Yücel Karauz Türk Dünyası və Türk Dövlətləri Təşkilatının onlayn təlim proqramında səsləndirib:
"Atatürk deyirdi ki, istiqbal göylərdədir. Bu gün Türkiyə 5-ci nəsil döyüş təyyarəsinii istehsal edir. Böyük ehtimalla bir neçə ildən sonra bu təyyarə havaya qalxacaq. Bu, çox çətin bir işdir. Əgər Türkiyə bunu edirsə, Azərbaycan və Qazaxıstan da iqtisadi dəstək verə bilər".
General təəssüf hissi ilə bildirib ki, Pakistan istisna olmaqla heç bir müsəlman ölkəsinin və Türk dövlətinin nüvə silahı yoxdur. O qeyd edib ki, Pakistanın Hindistan-Pakistan müharibəsindəki üstünlüyü nüvə silahına malik olması ilə bağlıdır.

Yücel Karauz həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı məsələlərə də toxunub:
"Türk birliyində ortaq konsepsiya və strategiya mütləqdir. Əgər Türk Dövlətləri Təşkilatı sülh üçün ortaq mərkəz yarada bilməzsə, bu, heç də yaxşı olmayacaq. Türk birliyinin sülh və əməkdaşlıq mərkəzi qurması vacibdir. Əks halda Avropa Birliyinin yaşadığı vəziyyətə düşə bilərik. TDT eyni mədəniyyətdən gələn bir qurumdur. Başqaları narahat olacaq deyə bu hədəfdən imtina edilməməlidir.
Əgər lazımi tədbirləri görməsək 3-5 il içində dünya müharibəsi başlasa, tarix bizi bağışlamayacaq".
General, verilən suallara cavab verərkən Hindistan-Türkiyə münasibətləri və Türkiyənin NATO-ya üzvlüyü məsələlərinə də toxunub:
"Hindistan statistik göstəricilərə əsaslanaraq, Türkiyəni Pakistana dəstək verdiyi üçün təhdid edir. Eyni Hindistan isə Ermənistana silah yardımı göstərir.
Türkiyə Koreya müharibəsindən sonra NATO-ya üzv oldu və cəbhə ölkəsinə çevrildi. NATO bu gün dünyanın ən güclü müdafiə sistemi halına gəlib. NATO-cu olmamalıyıq, amma NATO-da olmağımız vacibdir. Balans siyasətini qorumağımız lazımdır. Türkiyə artıq regional deyil, bölgələrüstü bir gücdür. Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Hazırda 1945-1991-ci illər arasındakı ikiqütblü dünya artıq təkqütblü deyil, çoxqütblü dünyaya çevrilib. Belə bir dünyada Türkiyənin NATO-da qalması faydalı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət