Zelenskinin ofisinin nümayəndəsi: Əsas məsələ Ukraynanın milli maraqlarını müdafiə etməkdir
Yusif Nəzərli
17:45 21.04.2025
Siyasət
434
Ukrayna müharibəni dayandırmaq üzrə aparılan danışıqlarda tərəfdaşları ilə ərazi bütövlüyü məsələsini müzakirə etmir.
“Report” Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Sergey Leşenko bildirib.
“İstər Səudiyyə Ərəbistanında, istərsə də Fransada keçirilən görüşlərdə iştirak edən bütün danışıqçılar açıq şəkildə deyirlər ki, Ukraynanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə olunmur. Hətta Ukrayna Konstitusiyasında da çoxlu qadağalar və məhdudiyyətlər var”, - deyə o, ABŞ-nin Krımı Rusiyanın ərazisi kimi tanıya biləcəyi ilə bağlı şayiələri şərh edərkən vurğulayıb.
Onun sözlərinə görə, oxşar şayiələr 10 il əvvəl də yayılıb və bu məsələ ilə bağlı Donald Tramp da fikrini bildirib.
“O vaxt, 2016-cı ilin yayında ilk səlahiyyət müddətindən əvvəl də Tramp Krım sakinlərinin daha çox Rusiyanın tərkibinddə olmaq istədiklərini demişdi. Bu cür bəyanatlar 10 il əvvəl də mütəmadi olaraq eşidilirdi, lakin onlar elə söz olaraq qalırdı. Bizim üçün əsas məsələ Ukraynanın milli maraqlarını müdafiə etməkdir”, - Leşenko qeyd edib.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” mənbələrinəə istinadən ABŞ-nin Krımın ilhaqını tanımaq məsələsini nəzərdən keçirə biləcəyini yazmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm