Proporsional seçki sistemi daha demokratikdir -RƏY
Yusif Nəzərli
21:05 24.04.2025
Siyasət
527
Əgər deputatlar gecə-gündüz öz seçiciləri ilə ünsiyyətdədirsə, niyə onlardan bu qədər narazılıq var?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır. O bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi: “101-ci maddə ilə bağlı referendum keçirəndə bizi çox tənqid edirdilər. Bizim məntiqimiz və arqumentimiz isə sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün imkan tanımırdıq. Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Biz xalqa seçmək hüququ verirdik. Bu gün Prezident İlham Əliyev ən yüksək reytinqdədir. Nəticə onu göstərir ki, biz düzgün yolda olmuşuq”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında parlamentin komitə sədrinin fikri ilə qətiyyən razı olmadığını deyib. Partiya rəsmisi qeyd edib ki, onsuz da, indiki şəraitdə bəzi deputatların seçicilərlə əlaqəsi güclü deyil:
"Öncə bir məqamı vurğulayım ki, ictimaiyyətdə aparılan sorğulara nəzər salsaq, görərik ki, əksəriyyətin inanmadığı əsas strukturlardan biri parlament və deputatlardır. Əgər deputatlar gecə-gündüz öz seçiciləri ilə ünsiyyətdədirsə, niyə onlardan bu qədər narazılıq var? Proporsional seçki sistemi bütün demokratik ölkələrdə var. Avropa dövlətlərində, qardaş Türkiyənin özündə uzun illərdən bəri proporsioanl seçki sistemi tətbiq olunur. Mən düşünürəm ki, proporsional seçki sistemi daha demokratikdir. Bu sistem ölkədə partiyaların əhəmiyyətini artırır. Siyasi-ictimai mühitdə partiyalar əsas rol oynayır. Siyasətlə məşğul olmaq istəyənlər partiyalara üzv olurlar. Bununla partiya güclənir, siyasət də peşəkarlaşır".
Ə.Məmmədli vurğulayıb ki, majoritar sistem isə fərqlidir:
"Majoritar sistemdə siyasətdən uzaq olan adamlar müxtəlif yollarla deputat ola bilərlər. Belə adamlar parlamentdə düşəndə danışmırlar, yaxud danışdıqları zaman məntiqsiz çıxışlar edirlər. Nəticədə onlara görə parlament tənqid hədəfinə gəlir. Məsələn, ötən gün deputat Səyyad Aran təklif edirdi ki, tarixi abidələr biznesmenlərin istifadəsinə verilsin. İndi neynək, Qız Qalasını Şərurlu İsfəndiyara verək?! Getsin, oranı hotel etsin? Depuat siyasətçi olmalıdır. Siyasətçisiz, siyasətsiz parlament təsəvvür edilmir. Parlamentəki neqativlər majoritar sistemlə bağlıdır. Proporsional seçkidə belə hallar olmayacaq. Çünki partiyalar güclənəcək və siyasi-sağlam rəqabət olacaq. Partiya fəaliyyətində 15-20 ilini verən bir adam imkan verərmi ki, kimsə kənardan gəlib ondan qabağa keçsin? Əlbəttə, yox".
Partiya funksioneri əlavə edib ki, proporsional seçki sistemində partiyalarda siyasi təcrübə və siyasi ədalət əsas prinsipdir: "Əgər kimsə, yəni hansısa biznesmen, sənət adamı, tanınmış şəxs deputat olmaq istəyirsə, mütləq hansısa partiyaya üzv olmalıdır. Bu da partiyanın gücünün, nüfuzunun artması deməkdir. Türkiyədə AKP, CHP, MHP-də nə qədər iş adamları, sənətçilər var. Partiyalar həmin şəxsləri məmur, siyasi bürokrat edir. ABŞ Prezidenti Donald Tramp milyarderdir, amma müstəqil namizəd deyildi. Respublikaçılar Partiyasından öz namizədliyini irəli sürdü, maliyyə buraxdı və seçildi". Təəssüf edirəm ki, Əli Hüseynli bu cür fikir səsləndirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm
Baş nazirdən əlilliyi olan uşaqlarla bağlı qərar
16:23 03.06.2026
Sosial
Saakaşvilidən ermənilərə çağırış: Seçkilərdə ona səs verin!
16:09 03.06.2026
Gündəm
Rusiyadan Ermənistana xəbərdarlıq: Uçuruma gedirsiniz
15:41 03.06.2026
Gündəm
Bakıda “Changan” yanıb
15:38 03.06.2026
Hadisə