Putin və Lukaşenko 4 saat təkbətək danışdılar - YENİLƏNİB

Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin Volqoqradda 4 saat davam edən danışıqları yekunlaşdırıblar.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın olan “Pool of the First” Telegram kanalı məlumat yayıb.

Məlumatda deyilir: "Danışıqlar başa çatıb. Lukaşenko və Putin 4 saat təkbətək danışıblar".


***

Rusiya Prezidenti Vladimir Putin Volqoqradda Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə TACC məlumat yayıb.

Görüşdə Rusiya və Belarus arasında münasibətlərin inkişafı, həmçinin Moskva ilə Minsk arasında strateji tərəfdaşlıq və müttəfiqliyə həsr olunacaq.

Qeyd edək ki, Lukaşenko aprelin 29-da Rusiya gəlib.