Paşinyan yeni sınaq qarşısında: O, devriləcək?
Yusif Nəzərli
10:56 08.06.2025
Siyasət
456
Ermənistan parlamentindəki “Mənim namusum var” müxalifət fraksiyası baş nazir Nikol Paşinyanın impiçmenti ilə bağlı təşəbbüs irəli sürüb. Fraksiya eyni zamanda Masis şəhərinin meri David Ambartsumyanın baş nazir postuna namizədliyini irəli sürüb. Qeyd olunur ki, fraksiya Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla əlaqəli siyasi düşərgəyə aiddir və hazırda parlamentdə altı mandatla təmsil olunur. Ermənistan qanunvericiliyinə əsasən, impiçment təşəbbüsünün parlamentin gündəliyinə salınması üçün azı 36 deputatın imzası, baş nazirin vəzifədən kənarlaşdırılması üçün isə 54 səsin toplanması tələb olunur. Hazırda müxalifətin təşəbbüsünün reallaşma ehtimalı qeyri-müəyyən olaraq qalır.
Son zamanlar Ermənistanda Paşinyana qarşı narazılıq. Bunun müxtəlif səbəbləri var. Sözsüz, əsas səbəblərdən biri də mövcud hakimiyyətin Azərbaycanla münasibətləri, həmçinin sülhə dair mövqeyi ilə bağlıdır. Bu, müxalifətin fəallaşması ilə nəticələnir. Yəqin ki, qarşıdakı günlərdə müxalifət daha da fəallaşacaq. Paşinyana qarşı impiçment prosesinin başlanması üçün ciddi səy göstərilə bilər. Amma yəqin ki, baş nazir hələ ki hakimiyyətini qorumağı bacaracaq. Hətta impiçment prosesi başlansa belə, Paşinyan devrilməyəcək. Nəzərə almaq lazımdır ki, indiyə kimi dəfələrlə Paşinyanı hakimiyyətdən devirməyə cəhd olub. Amma bu səylər heç bir nəticə verməyib. Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından sonra da Paşinyan hakimiyyətdə qalmağı bacardı. Hətta davam edən ciddi etiraz aksiyalarına rəğmən. Məsələ burasındadır ki, Ermənistandakı hakimiyyət təkcə daxili siyasi məsələ deyil. Bu, həm də xarici gücləri maraqlandırır. Paşinyanı Qərb hakimiyyətə gətirib. Məhz hazırk hakimiyyət nəticəsində Qərb dünyası Ermənistanı Rusiyadan müəyyən mənada uzaqlaşdırmaqla Cənubi Qafqaza müdaxilə etməyə, Moskvaya təzyiq göstərməyə imkan tapıb. Bu mənada Paşinyan hələ Qərbə lazımdır. Ona görə də həm ABŞ, həm də Avropa onu dəstəkləyir. Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan Rusiyadan uzaqlaşmağa başlayıb. Həm Paşinyan, həm də onun komandasının üzvləri dəfələrlə Moskvanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tənqid ediblər. Hətta İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə Kreml qınanılıb. Əlbəttə, bu, Rusiyanın reputasiyasına zərbə olmaqla ikitərəfli münasibətlərdə “çat” yaradır. Buna baxmayaraq, Rusiya ilə Ermənistan arasında ticarət həcmi artmaqdadır. Üstəlik, tərəflər arasında “soyuq küləklər” tədricən aradan qalxır. Bəzilərinin fikrincə, Ermənistan hakimiyyətinin zaman- zaman Rusiyaya qarşı ortaya qoyduğu mövqe sadəcə şoudur. Hərçənd belə deyilsə belə, İrəvan hələ də Moskvanın “buxovlarından azad ola bilməyib”. Bunun üçün uzun müddət lazımdır. Bəlkə də Kreml Paşinyanın “qələmini qırmaq” barədə düşünə bilər. Lakin bu, Rusiya- Ukrayna müharibəsi bitəndən sonra olacaq. Hələlik Paşinyan Qərb qədər Rusiyaya da lazımdır. Odur ki, hər iki tərəf Paşinyanın hakimiyyətinin qorumasına çalışacaq.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm