
"Rədd olsun Qaregin!" - Paşinyan yeni bir hərəkata başlayıb - ANALİTİK
Yusif Nəzərli
01:14 11.06.2025
Siyasət
596
Parlament seçkiləri yaxınlaşdıqca, baş nazir erməni cəmiyyətinə seçim etməyi məsləhət görür
“Ermənistan Baş naziri Nikol Paşinyan yeddi ildən sonra yeni bir inqilaba - "Rədd olsun Qaregin" hərəkatını başlayıb”. Bunu erməni politoloq Akop Badalyan deyib. Onun sözlərinə görə, Paşinyan parlament seçkiləri öncəsi yeni inqilaba təşəbbüs edir, parlament seçkilərini inqilaba çevirir:
"Paşinyan zənn edir ki, bu dəfə seçkilərdə qalib gəlmək çox çətindir və şans yenə inqilaba qalır. Bu baxımdan onun budəfəki hədəfi erməni kilsəsidir. Paşinyan inqilabı mərhələ-mərhələ reallaşdırır. Məqsədini “kilsəni azad etmək” və “yeni katolikos seçmək üçün koordinasiya şurası” qurmaq şəklində bəyan edir. Həll edilməli olan problemlər çoxşaxəlidir, amma əsas məsələ seçkiləri inqilabi prosesə çevirməkdir. Artıq seçki prosesini inqilabi prosesə çevirməyə başlayıb və şansını orada sınayır". Xatırladaq ki, bundan əvvəl Ermənistan baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsəyə qarşı sərt ritorikasının səbəblərindən biri də Rusiya ilə bağlıdır. Ekspert bildirib ki, Paşinyan Rusiyadakı dairələrin erməni kilsəsi ilə əlaqələri genişləndirməsindən və bu ittifaqın gələn il parlament seçkisində ona qarşı istifadə edilə biləcəyindən narahatdır:
"Buna görə də Paşinyan bu ittifaqı gözdən salmaq kampaniyasına başlayıb. Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb. Birinci dəfə ona qarşı silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi. Qasparyan Paşinyana müraciət edərək, onun istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı. Bundan sonra erməni kilsəsi Paşinyana qarşı Baqrat Qalstyan isimli keşişi irəli sürdü. O, İrəvana yürüşə başladı, çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən dəstək almadığına görə o da Paşinyana məğlub oldu".
Analitik qeyd edib ki, bu dəfə Paşinyan gələcək rəqibinin kim olacağını gözləmədən radikal müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib:
"Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə seçim etməyi məsləhət görür. Ya onunla yola davam edəcəklər və bu, Azərbaycanla sülhü gətirəcək, ya da müharibə istəyən radikal müxalifəti və kilsəni dəstəkləyəcəklər ki, bu halda həm müharibə, həm də ərazi itkisi ilə üzləşəcəklər".
Oxşar xəbərlər
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
00:10 08.08.2026
Vaşinqtonda tarixi dönüş: İlham Əliyev Cənubi Qafqazın yeni geosiyasi düzənini qurdu - ANALİZ
14:42 07.08.2026
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol