ATƏT PA Gürcüstanla bağlı Suriyaya çağırış etdi
14:02 03.07.2025
Siyasət
322
ATƏT Parlament Assambleyası (PA) Suriyanın yeni hökumətini Gürcüstan və Ukraynanın ərazi bütövlüklərini tanımağa çağırıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu çağırış təşkilatın qəbul etdiyi qətnamədə yer alıb.
“Suriya hakimiyyətini Gürcüstanın Abxaziya və Tsxinvali, həmçinin Ukraynanın Donetsk və Luqansk bölgələrinin müstəqilliklərinin tanınması ilə bağlı qərarını geri çəkməyə çağırırıq”, - sənəddə deyilir.
Təşkilat üzv dövlətləri bölgədə təhlükəsizliyi yaxşılaşdıracaq Suriyanın yeni hökumətinin formalaşdırılmasına dəstək göstərməyə də çağırıb.
Xatırladaq ki, Suriyanın əvvəlki hakimiyyəti 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiyanın işğal etdiyi Gürcüstanın iki bölgəsi - Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” həmin ilin mayında tanıyıb. Dəməşqin bu qərarından sonra Gürcüstan Suriya ilə 1994-cü ildə qurulmuş diplomatik əlaqələri dayandırıb. Suriya qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın “müstəqillik”lərini isə 2022-ci ildə tanıyıb.
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial