
İlham Əliyev “topu doqquzluğa vurdu” -ŞƏRH
Yusif Nəzərli
00:20 24.07.2025
Siyasət
402
Trampın Nobel hədəfi Bakının Xankəndi mesajları ilə çarpazlaşdı
Ermənistanla ABŞ arasında Zəngəzur dəhlizinə nəzarət üçün gizli memorandumun imzalanması ilə bağlı iddia yayılıb. İspaniyanın "Periodista Digital" nəşri yazıb ki, Ermənistan bununla öz suveren ərazisinin müəyyən bir hissəsindən imtina etməyə məcburdur. Nəşrin yazdığına görə, sözügedən sənəd erməni diasporu üzvləri arasında yayılıb. Ermənistanın Sünik rayonundan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizi sənəddə "Tramp körpüsü" adlanır. Nəqliyyat dəhlizi Amerika şirkəti tərəfindən idarə olunacaq. Bu dəhlizdən istifadədən əldə olunacaq gəlirin 40 faizi Amerika şirkətinə, 30 faizi isə Ermənistana çatacaq. Beləliklə, Ermənistan öz ərazisindən minimum 99 il məhrum edilmiş olacaq. Sənəddə ABŞ hərbi qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsi də nəzərdə tutulur. Amma bunlar ABŞ-nin nizami silahlı qüvvələri deyil, özəl hərbi şirkətin nümayəndələri olacaq. Dəhliz boyunca təhlükəsizliyi təmin edəcək hərbi qüvvənin sayı 1000 döyüşçüdən ibarət olacaq. Onlara güc tətbiq etmək səlahiyyəti də veriləcək. Bu memorandum Avropa İttifaqının Ermənistanı itirməsi kimi də xarakterizə edilir. Nəşrin yazdığına görə, nəticədə Ermənistanın tərəfdaşı olan Fransa da uduzacaq. Xatırladaq ki, bir müddət əvvəl "Middle East Eye"da ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməsi ilə bağlı xəbər yayılıb. Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb. O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev isə iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bu məsələ ilə bağlı qəti mövqeyini bildirib: "Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar".
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, yayılan xəbərin gizli razılaşma adı ilə geniş ictimaiyyətə elan edilməsi, əslində, xəbərin konfidensiallığı baxımından mahiyyətinə uyğun gəlmir:

"Gizli razılaşma necə olur ki, açıqlanır? Təbii ki, razılaşma nə vaxtsa elan olunacaqdı, amma tez-tələsik açıqlanması məntiqə uyğun deyil. Xəbərin real olsa belə bu şəkildə elan edilməsindəki məntiq ancaq sabotaj ola bilər. Amma hər halda belə bir razılaşmanın olması ehtimalını Zəngəzur dəhlizi məsələsinin reallaşması yolunda müsbət addım kimi dəyərləndirmək olar. Eyni zamanda Rusiyanın nəzarətindən kənar bir dəhliz anlayışının da müsbət hal olduğu bəllidir. Azərbaycan üçün Prezident İlham Əliyevin dediyi kimi dəhlizə kimin nəzarət etməsi maraqlı deyil, əsas odur ki, bu, Azərbaycandan Azərbaycana məntiqi ilə olsun və nəzarət mexanizmi olmasın".
Ekspertin qənaətincə, Ermənistanın Zəngəzur dəhlizinə nəzarəti ABŞ-yə verməsi məsələsi, əslində, Ermənistanın təhlükəsizliyi baxımından da məntiqlidir:
"Rusiyanın bu durumda Ermənistanı işğal etmək planları heçə enər. Ermənistanın bu mexanizmi məqbul qarşılayacağını hesab etmək olar. Yəni dəhlizin Rusiyanın və ya Azərbaycanın tam nəzarətində olmağındansa, ABŞ-nin nəzarətində olması məntiqi Ermənistan üçün daha normal görünə bilər. Hesab edirəm ki, Ermənistan da bu təklifə razı olar. Çünki yüz ilədək nəzərdə tutulan bu mexanizm Ermənistanın bundan sonra ən azı yüz il mövcud olmaq ehtimallarını da artırır".
Oxşar xəbərlər
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdi
21:01 25.09.2026
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
20:14 25.09.2026
Xəbər lenti
Hamısına bax
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq
İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
19:00 25.09.2026
Rəsmi
145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib
18:54 25.09.2026
Elm və Təhsil
Bakı metrosunda kişi qatar yoluna tullandı
18:42 25.09.2026
Hadisə
Əfv qərarlarında əsas meyar say deyil
18:40 25.09.2026
Aktual