
“Büstlər işğal planının bir hissəsi idi” - EKSPERT
Yusif Nəzərli
08:08 05.08.2025
Siyasət
451
“Moskvanın Qarabağdakı mədəni "təxribatı" beynəlxalq hüquqa ziddir”
Son günlər erməni mənşəli rus rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı Rusiyada səsləndirilən emosional bəyanatlar məsələnin siyasi və hüquqi mahiyyətini kölgədə qoyur. Məsələ ondadır ki, Xankəndidə qanunsuz şəkildə qoyulmuş büstün sökülməsi nə rus mədəniyyətinə qarşı hörmətsizlik, nə də millətçilik aktıdır. Sözügedən heykəl Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində - Qarabağda, Azərbaycanın razılığı olmadan, separatçılar və Rusiya hərbi kontingentinin himayəsi ilə ucaldılıb.
Üstəlik, bu, 2020-ci il 10 noyabr bəyanatından sonra baş verib və həmin sənəddə Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Belə olan halda, Azərbaycan qanunsuz ucaldılmış bir abidəni sökməkdə tam haqlıdır. Ona görə də bu məsələ dövlət suverenliyinə və beynəlxalq hüquqa hörmət çərçivəsində qiymətləndirilməli, manipulyasiya və siyasi təzyiqlər üçün vasitəyə çevrilməməlidir.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, Xankəndidə Ayvazovskiyə qoyulan büstün sökülməsi ilə bağlı Rusiyada qaldırılan hay-həşir, hətta Mixail Şvıdkoy kimi birinin prosesə cəlb edilməsi növbəti dəfə sözügedən dövlətin mahiyyətini ortaya qoyur. Deputatın sözlərinə görə, mümkündür ki, indiyədək Ermənistanın sərgilədiyi davranışın arxasında onu forposta çevirən dövlət dayanırmış:

"2021-ci ilin noyabrında rus hərbi kontingentinin Qarabağa yeridilməsinin bir illiyi ilə bağlı "Rusiya şan seyrangah"ı yaradaraq fəxr etdikləri 10 şəxsiyyətin büstünü ora qoyanda bunun nə anlam daşıdığını demişdim. Məhz ona görə Qarabağda peyda olduqları gündən ta çıxanadək bir dəfə olsun Rusiyanın hərbi kontingentini sülhməramlı adlandırmamışam. Çünki elə həmin seyrangahın salınması və orada qoyulan büstlər açıq-aydın göstərirdi ki, söhbət sülh yox, işğal məramlılıqdan gedir. Bunu görmürdükmü? Əlbəttə görürdük və ona görə də zərgər dəqiqliyi ilə düşünülmüş, ardıcıl şəkildə atılan addımlarla nə etməli idiksə, onu da etdik. Rusiya hərbi kontingenti üçtərəfli bəyanatda nəzərdə tutulduğundan bir il qabaq Qarabağla Şərqi Zəngəzurdan çıxarıldı. Ayvazovski və digərlərinin büstünün Azərbaycandan izinsiz ora qoyulması beynəlxalq hüquqa görə qəti qadağandır və məsuliyyət yaradır. Rusiya hərbi kontingentinin Ayvazovskiyə, eləcə də digərlərinə orada büst qoymaq mandatı var idimi? Yox! Azərbaycandan izn alınmışdımı? Xeyr!".
S.Alıyev əlavə edib ki, Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy gözəl bilir ki, hərbi kontingentlərinin Qarabağda etdiyi özbaşınalıq qanunsuz olduğu qədər də mədəniyyətdən uzaq idi:
"Reallığı bilən bu adamın Zatulin sayaq davrandığı əlbəttə, sirr deyil. Zatulin neçə ildir ki, Rusiya Dövlət Dumasında MDB və daha bir neçə məsələlər üzrə Komitə sədrinin birinci müavinidir. MDB üzvlərinin bir neçəsində, hətta forpost Ermənistanda belə "persona non-qarata" elan edilən bu ünsürün uzun illərdir yüksək postlar tutması nə anlam daşıyır? O anlam daşıyır ki, Zatulin ayrı-ayrı MDB üzvlərinin üzərinə qısqırdılmaq üçün həmin postda əyləşdirilib. Onun həddini aşan hərəkətləri özfəaliyyət deyil, verilən təlimata uyğun davranışdır. Məhz bu davranışlarına görə Zatulin Rusiyanın bir neçə qonşusunda arzuedilməz şəxsdir. İndi qoy Kremldəkilər düşünsünlər, əgər Zatulin arzuolunmaz biridirsə, onda onu bu cür davranışa təhrik edənlər kimdir? Deyəsən, sual ritorik oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib
21:48 23.07.2026
Dünya
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region