
Yeni separatçı ocaq yaradılır - ŞƏRH
00:26 07.08.2025
Siyasət
529
Qarabağdan köçən ermənilər vasitəsilə təzyiq oyunu işə düşüb
Rusiya Ermənistanı ələ keçirir, separatizmin yeni ünvanı Paşinyanın əleyhinə çevrilir
Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Moskva daha bir təxribatçı addıma imza atıb. Bu dəfə hədəfdə Qarabağdan könüllü şəkildə köçmüş ermənilərdir. "BBC Azərbaycanca"nın yayımladığı videosüjetdə görünür ki, Rusiya Ermənistanda yerləşən və öz istəyi ilə Qarabağdan çıxmış erməni qaçqınlara yardım göndərib.
İki ildən çox müddət ərzində susan və bu mövzuda heç bir addım atmayan Moskva indi "Rusiya səninlədir" devizi altında 140 ton yardım paketi ilə bu insanları yenidən gündəmə gətirib. Ekspertlərin fikrincə, bu kontekstdə Rusiyanın "yardımı" daha çox geosiyasi manipulyasiya vasitəsidir və Qarabağ məsələsi üzərindən revanşist planlara xidmət edir.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Moskva "Qarabağ məsələsi"ni gündəmdə saxlayır və bunu Azərbaycana qarşı təzyiq etmək üçün istifadə edir. Ekspert bildirib ki, Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə vətəndaşlıq və iş verir:

"Artıq Ermənistan hakimiyyəti Qarabağ erməniləri ifadəsindən imtina edir. Amma Rusiya bu siyasətindən imtina etmək istəmir. Bununla Ermənistanın daxili siyasətinə qarışır. Rusiya bununla Qarabağ ermənilərinin geri qayıtması üçün yeni bir kampaniya başladacaq. Həmçinin, Qarabağdan köçən ermənilərin yenidən qondarma "hakimiyyətini "qurmağı planlaşdırır. Ermənistan hökuməti Rusiyanın bu oyunlarına imkan verərsə, Qarabağdan köçən ermənilər ilk növbədə Nikol Paşinyana qarşı olacaqlar. Rusiya Ermənistan daxilində yeni separatçı ocağı yaradıb, Azərbaycanı təhdid etməyi planlaşdırır. Bununla iki ölkə arasında sülh prosesini pozmağı düşünür".
Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan Ermənistan hökumətinə Rusiyanın Qarabağdan köçən ermənilər üzərindən siyasi oyun qurmasına imkan verməməsini tələb etməlidir:
"Artıq Rusiya Qarabağı tərk etmiş ermənilərin şəxsi məlumatlarını toplamağa başlayıb. "Rossotrudniçestvo"nun Ermənistandakı nümayəndəliyi Qarabağı könüllü tərk edən vətəndaşların şəxsi məlumatlarını toplayır. Erməni hökumətindəki mənbələrin məlumatına görə, insanlardan pasport, doğum şəhadətnaməsi və digər sənədlərin surətlərini təqdim etmələri tələb olunur. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra da Rusiya "Qarabağ mövzusu"ndan imtina etməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb
01:27 14.07.2026
Gündəm
İran ordusu iki ABŞ PUA-sını vurub
00:25 14.07.2026
Region
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə