
"3+3" ATƏT-in Minsk qrupu kimi perspektivsizdir - ŞƏRH
05:12 25.09.2025
Siyasət
322
Rusiya bununla ABŞ-ni sıradan çıxarmaq istəyir, amma platforma çökməkdədir
"Əslində "3+3" formatının əsas mahiyyəti o idi ki, bölgəyə kənar qüvvələr gəlməsin". Bu barədə politoloq Turab Rzayev deyib. Ekspert bildirib ki, Rusiya da bu platformaya dəstək verməklə hesab edirdi ki, bununla Qərbin Cənubi Qafqaza gəlişinin qarşısını ala biləcək: "Gündəmə gətirilən "altılıq" formatında Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla yanaşı, region ölkələri Rusiya, İran və Türkiyə var. İran Rusiya ilə bir sıra məsələlərdə strateji partnyorluq edir.

Həm Moskva, həm də Tehran ABŞ və Avropa İttifaqının bölgədə olmasının qəti əleyhinədir. İran Fransanın, yəni Aİ missiyasının regionda olmasına o qədər ciddi etiraz etməsə də, ABŞ-nin burada mövcudluğunu istəmir. Rusiya Türkiyə ilə istənilən formada dil tapır. Həmçinin, Moskva başa düşür ki, Azərbaycanla strateji münasibətləri kifayət qədər yüksək olan Türkiyənin regionda fəaliyyətini bloklamaq imkansızdır. O baxımdan Kreml ən azından "3+3" formatında Türkiyənin daha zəif formada bölgədə varlığına etiraz etməz. "Astana" formatında olduğu kimi Rusiya zənn edir ki, İranı da "altılıq" platformasına daxil etməklə Azərbaycan və Türkiyə qarşısında Rusiya-İran ikilisi daha güclü mövqedə olacaq. Suriya ilə bağlı proseslərdə də Türkiyə Rusiya və İran tandemi qarşısında tək dayanmışdı. Ancaq o da nəzərə alınmalıdır ki, Rusiyanın Türkiyə ilə də strateji münasibətləri var. Ərdoğan və Putin bütün məsələlərdə bir-biri ilə dil tapa bilir. Türkiyə də Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Moskva ilə siyasi-hərbi, iqtisadi münasibətlərini davam etdirir".
Analitik vurğulayıb ki, Rusiya Zəngəzur dəhlizinə özünün nəzarət etməsini istəyirdi:
"Ancaq Vaşinqton görüşündən və ABŞ-də Ermənistan və Azərbaycan arasındakı anlaşmalardan sonra Rusiya təlaş içindədir. Çünki Kreml ABŞ-nin Cənubi Qafqazda özü də uzunmüddətli olmasını qətiyyən istəmir. "Tramp yolu"nun ABŞ-nin nəzarətində olması Rusiya üçün qəbuledilməzdir. Ona görə də Rusiya "3+3" formatı ilə əslində, ABŞ-ni sıradan çıxarmaq niyyəti güdür. Son günlərdə "3+3" formatının Rusiya rəsmiləri tərəfindən tez-tez gündəmə gətirilməsinin səbəbi budur. Kreml Vaşinqton görüşündə əldə olunan razılaşmaları bəsitləşdirmək, mənasızlaşdırmaq istəyir. Moskva açıq şəkildə bəyan edir ki, ABŞ heç vaxt bölgədəki proseslərə töhfə verməyib. Əslində, zamanında Azərbaycan və Türkiyə çox çalışdı ki, regional problemlər bölgə dövlətləri səviyyəsində həllini tapsın. Amma elə Rusiya və İran kimi bölgə dövlətləri problemlərin həllində maraqlı olmadılar, sülhə imkan yaratmadılar. Gürcüstanın da platforma ilə mövqeyi əvvəldən bəllidir. Sözün açığı, düşünürəm ki, indiki dövrdə "3+3" formatı ATƏT-in Minsk qrupu kimi bəlli perspektiv vəd etməyən platformadır. Gələcəkdə mümkün ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyaya hücum yalnız qətiyyətimizi artırıb - Leyen
17:47 02.09.2026
Dünya
Qısaldılmış iş vaxtı kimlərə şamil olunur?- Nazirlik açıqladı
17:13 02.09.2026
Gündəm
Ukrayna ICAO-nu Rusiya üzərindən uçuşları qadağan etməyə çağırıb
17:04 02.09.2026
Dünya
Rezayi: Amerikaya elə bir cəhənnəm yaşadacağıq ki, sarsılacaq
17:01 02.09.2026
Dünya
“Bu gün sülhə əvvəlkindən daha yaxınıq” - Erməni politoloqdan ŞƏRH
16:47 02.09.2026
Gündəm
5 müntəzəm marşrut “brutto müqavilə” sisteminə qoşulub
16:40 02.09.2026
İnfrastruktur
Ən yüksək maaşı məhz həkimlər almalıdır - Həkim-pediatr
16:30 02.09.2026
Sağlamlıq
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm