40 mini ötdü ! - Rus sülhməramlıları Qarabağa erməniləri daşıyır
Turan
09:48 17.12.2020
Siyasət
676
Əvəz Həsənov: "Azərbaycan hökuməti proses ərzində müşahidə aparmaq, nəzarət etmək səlahiyyətinə malikdir. Tam əminliklə heç kim deyə bilməz ki, Rusiya sülhməramlıları Qarabağa oradan çıxmış insanları aparır və kənar erməniləri doldurmurlar"
Ötən gün Ermənistandan Xankəndiyə daha 647 erməni gətirilib. İrəvandan gələn avtobusları rus sülhməramlıları müşayiət edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bununla da rus sülhməramlılarının Qarabağa qaytardığı ermənilərin sayı 40 mini ötüb. Qarabağdan qaçmış ermənilərin Rusiya sülhməramlılarının nəzarəti altında bölgəyə qaytarılması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmır.
Əksəriyyət hesab edir ki, sadəcə müharibə günlərində Qarabağı tərk etmiş ermənilərin geri dönüşünə icazə verilə bilər. Ermənistanın müxtəlif bölgələrindən erməniləri toplayaraq Qarabağa daşımaq və süni şəkildə saylarını artırmağa çalışmaq yolverilməzdir. Həm də vurğulanır ki, 10 noyabrda imzalanmış üçtərəfli Bəyannaməyə əsasən, qayıdış prosesi BMT-nin müvafiq qurumunun nəzarəti altında həyata keçirilməlidir.
Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, hüquq müdafiəçisi Əvəz Həsənovisə “Şərq”ə deyib ki, BMT-nin qaçqınlar üzrə ali komissarlığı erməniləri Qarabağa daşıya bilməz. Qurum sadəcə Azərbaycan vətəndaşlarının öz yurdlarına qayıdışını təşkil edə bilər. Ekspertin sözlərinə görə, Qarabağı tərk etmiş ermənilərin geri dönüşü Rusiya sülhməramlılarının iştirakı ilə mümkündür:
“Erməni tərəfi 44 günlük müharibə zamanı Qarabağdan köç edənlərin sayının 60-70 min civarında olduğunu iddia edir. Əgər belədirsə, bu qədər adamın ağır iqtisadi vəziyyətlə üzləşmiş Ermənistanda uzun müddət qalması mümkün deyil. Həm də məlumdur ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında münasibət heç də yaxşı deyil.
Ölkə daxilində istənilən vaxt ciddi qarşıdurma yaşana bilər. Bir an öncə həmin ermənilərin Qarabağa qaytarılması planlaşdırılır. Müharibə zamanı Xankəndindən qaçmış ermənilərin yenidən həmin ərazilərə qayıtmasını təşkil etmək üçün xüsusi prosedura ehtiyac yoxdur. Əgər bölgəyə Rusiya sülhməramlıları nəzarət edirsə, köçürmə işini də onlar həyata keçirməlidir.
Deyilənə görə, Qarabağı tərk edənlər daha çox qadın, uşaq və qocalar olub, indi geri qayıdanlar da onlardır. Təbii ki, Azərbaycan hökuməti proses ərzində müşahidə aparmaq, nəzarət etmək səlahiyyətinə malikdir.
Tam əminliklə heç kim deyə bilməz ki, Rusiya sülhməramlıları Qarabağa oradan çıxmış insanları aparır və kənar erməniləri doldurmurlar. Başqa ermənilərin gətirilməsi də mümkündür. Ona görə də nəzarət olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm