44 günlük dərsdən nəticə çıxaran ermənilər savaş istəmirlər
Turan
07:44 11.02.2021
Siyasət
721
"Revanş tələb edən xəyalpərəstlərin və siyasətçilərin cavabını erməni xalqı özü verməlidir"
44 günlük müharibənin Ermənistanın siyasi-iqtisadi həyatında açdığı yaralar və ölkənin düşdüyü kritik vəziyyət erməni rəsmiləri tərəfindən də etiraf edilir. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Artak Zakaryan ermənilərin heç vaxt bu qədər sınıq, narahat və məyus vəziyyətdə olmadıqlarını söyləyib. Onun sözlərinə görə, depressiyaya düşmüş ermənilər artıq heç kimə inanmırlar: “İnsanları inandırmağa çalışırsan ki, cəsarətli, əmin olsunlar, həyat hələ davam edir, ruhdan düşmək olmaz. Amma xeyri yoxdur. Erməni xalqı ötən bir il içində aldığı psixoloyi zərbəni son yüz ildə almayıb. Bunun səbəbi isə hamıya məlumdur”.
Zakaryan yaxın gələcəkdə bölgədə ciddi dəyişikliyin baş verəcəyini bildirərək, ermənilərin buna hazırlıqlı olmalarını tövsiyə edib. Maraqlıdır ki, bir tərəfdən Ermənistandakı acınacaqlı vəziyyət, xalqın məyusluğu elə düşmənin özü tərəfindən etiraf olunur. Mövcud durumu düzgün dəyərləndirməyi bacaran erməni ekspertlər yolun sonuna gəldiklərini və bundan sonranın uçurum olduğunu dərk edirlər. Lakin Ermənistanda müəyyən qruplaşmaların israrla revanşizmdən dəm vurması, yeni müharibədən, torpaqların “geri qaytarılmasından” danışması göstərir ki, hələ də proseslərdən nəticə çıxarmayanlar var.
Siyasi təhlilçi Anar İmanov “Şərq”ə açıqlamasında vurğulayıb ki, verilən dərsdən nəticə çıxarmamaq ermənilərin çoxdankı xəstəliyidir. Analitikin sözlərinə görə, ermənilər illər boyu uydurduqları illüziyalarla yaşayıblar:
“Ermənilər 1990-cı illərdən sonra miflər yaradıblar. Ağılları keçmişdə qalan ermənilər zənn edirdilər ki, keçən əsrin 90-cı illərində etdikləri vəhşilikləri yenə təkrarlayacaqlar. Bununla da işğal etdikləri torpaqlar onların nəzarətində qalacaq. Amma illər boyu rasional və praqmat siyasət aparan Azərbaycan ermənilərin mifik dünyasını 44 gündə darmadağın etdi. Ermənistanda müəyyən qruplaşmalar Birinci Qarabağ müharibəsindən istifadə edərək, hakimiyyətə gəlmişdilər. Uzun illər boyunca ölkəni faşist xunta idarə edirdi.
İndiki revanşizm notlarının arxasında da həmin qruplaşmalar dayanır. Faşistlər növbəti dəfə Ermənistandakı qarışıqlıqdan istifadə edərək hakimiyyətə gəlməyi planlayırlar.
Hesab edirlər ki, Azərbaycana qarşı yeni savaş açacaqlar və “qalib” gələcəklər. Görünür, onlar Azərbaycanın “dəmir yumruğ”unun nəyə qadir olduğunu dərk etməkdə çətinlik çəkirlər. Amma fakt odur ki, Ermənistan darmadağın olub və ayağa qalxması üçün uzun illər lazımdır. Revanşizmdən dəm vuran ermənilər bunu nə qədər tez anlasalar, özləri üçün yaxşı olar”.
A.İmanov qeyd edib ki, bəzi ermənilər ağır məğlubiyyəti hələ də həzm edə bilmirlər:
“Müharibə təkcə Ermənistana yox, bütün dünya ermənilərinə, diasporaya ağır zərbə vurdu. Nəzərə alaq ki, hazırda iki cür ermənilər mövcuddur. Birincilər, xarici ölkələrdə yaşayan, müəyyən dairələrin təlimatını həyata keçirən və sosial şəbəkələrdə ağlına gələni yazan ermənilərdir. İkincilər isə acınacaqlı durumda yaşayan real Ermənistan xalqıdır. Sonuncular 44 günlük dərsdən lazımi nəticəni çıxarıblar. Müharibənin və məğlubiyyətin nə olduğunu bilən ermənilər yeni savaş istəmirlər. Revanş tələb edən xəyalpərəstlərin və siyasətçilərin cavabını erməni xalqı özü verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm