907-ci Düzəlişin ləğvi tarixi dönüş nöqtəsidir - RƏY
14:43 11.08.2025
Siyasət
372
Azərbaycan ABŞ-dən birbaşa yardım alacaq
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi səfəri, iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir".
Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.
Deputatın fikrincə, səfər çərçivəsində aparılan danışıqlar nəticəsində siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsi barədə mühüm qərarlar qəbul edilib: "Bu görüş Azərbaycan–ABŞ münasibətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, enerji layihələrində ABŞ-nin iştirakının artırılmasına və regionda sabitliyin gücləndirilməsinə ciddi töhfə verib. Xüsusilə, Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində 33 il əvvəl qəbul edilən, Azərbaycana qarşı ədalətsiz məhdudiyyətlər qoyan 907-ci düzəlişin ləğvi qərarı bu səfərin ən mühüm siyasi nailiyyətlərindən biri olub. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən"Azadlığı müdafiə aktı"na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügedən düzəliş artıq qüvvədə deyil.
Bu addım təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də regionda sülh və əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərir. Bununla yanaşı, Vaşinqton görüşü Azərbaycanı regional lider və etibarlı tərəfdaş kimi beynəlxalq səviyyədə daha da möhkəmləndirib, ölkənin xarici siyasətində yeni imkanlar yaradıb".
Ş.Seyidzadənin sözlərinə görə, 907-ci düzəlişin ləğvi Azərbaycanın siyasi, iqtisadi və təhlükəsizlik maraqları baxımından çoxsaylı üstünlüklər yaradır:
"Birbaşa dövlət yardımının bərpası – ABŞ hökuməti artıq Azərbaycana iqtisadi, texniki və təhlükəsizlik sahələrində birbaşa yardım göstərə biləcək. Bu, infrastruktur, enerji və innovasiya layihələrinin dəstəklənməsi imkanlarını artırır. Azərbaycanın enerji layihələrinə ABŞ dövlət və özəl sektorunun investisiya imkanları artacaq, Xəzər regionunda enerji təhlükəsizliyi üzrə strateji əməkdaşlıq dərinləşəcək. 907-ci düzəlişin ləğvi ABŞ-nin açıq dəstəyi Azərbaycanın Cənubi Qafqazda sülh təşəbbüslərini həyata keçirməsinə əlavə imkanlar yaradır. Beləliklə, 907-ci düzəlişin qüvvədən düşməsi Azərbaycan üçün həm siyasi imic, həm də iqtisadi-müdafiə potensialı baxımından mühüm tarixi dönüş nöqtəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm