“ABŞ-Azərbaycan tərəfdaşlığı yeni mərhələyə qədəm qoydu”
- AKTUAL
Şəymən Bayramova
10:57 17.05.2020
Siyasət
936
“Trampın məktubu Azərbaycanın son dərəcə ağır geosiyasi durumda nə qədər çevik manevr edə bilməsinin ifadəsidir”
"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə göndərdiyi təbrik məktubu ənənəvi xarakter daşıyır. ABŞ rəhbərləri demək olar ki hər il 28 May ərəfəsində ölkə başısına təbrik xarakterli məktub ünvanlayır".
Bu sözləri "Sherg.az" a Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trumpın Prezident Əliyevə məktubu Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyi və suverenliyi, beləliklə də ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına güclü dəstək kimi xarakterizə olunmalıdır:
"Bu məktub Azərbaycanın son dərəcə ağır geosiyasi durumda nə qədər çevik manevr edə bilməsinin ifadəsidir. Həmçinin ölkəmizin bölgədə oynadığı rolun əhəmiyyəti ilə də xarakterizə oluna bilər. Azərbaycan bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədi ilə müxtəlif sülhməramlı missiyalarda iştirak edib. Beynəlxalq terrorçuluq, dini radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı həmişə ciddi mübarizə aparıb. İraq, Əfqanıstan, Kosova, Sudan kimi dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək verib, qlobal inkişafa yardımını əsirgəməyib".
Politoloq deyib ki, Trampın məktubunda Avropanın enerji təminatında da Azərbaycanın kifayət qədər əhəmiyyətli rola malik olduğuna dair faktlar da öz əksini tapıb:
"D. Tramp Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək istiqamətində səylərdən danışır və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini qeyd edir.
Belə ki, Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasında Bakının payı az deyil.
Məlum olduğu kimi Cənub Qaz Dəhlizinin işə salınması Amerika rəhbərliyinin nəzərində “inanılmaz nailiyyət” və “Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qaz layihəsi”dir.
Hətta Qərbdə müəyyən dairələr layihə ilə bağlı tərəddüd edib ona mane olmağa çalışanda, Azərbaycan rəhbəri təşəbbüs göstərərək maliyyə xərcləri də daxil olmaqla əsas işləri üzərinə götürdü. Eyni zamanda Donald Tramp bu layihəni strateji layihə adlandırandan sonra Avropa Komissiyası digər alternativlərə yox məhz TAP layihəsinə üstünlük verdi.
İlin birinci yarısında TAP layihəsinin istifadəyə verilməsi nəzərdə tutulsa da pandemiya səbəbdən bu baş tutmadı. Amma bu istiqamətdə işlər tam sürətlə davam etdirilir, demək olar ki işin 90 faizi hazırdır. Çox güman ki, Azərbaycan qazı ilin ikinci yarısında Cənubi vasitəsiylə Avropaya çatdırılacaq".
ABŞ-Azərbaycan tərəfdaşlığının yeni bir mərhələyə qədəm qoyduğunu qeyd edən politoloq deyib ki, bütün sahələrdə əməkdaşlıq yüksələn xətlə gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət