ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
Yusif Nəzərli
20:07 29.04.2025
Siyasət
404
ABŞ Maliyyə Nazirliyi İran ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə Çin və İranda bir neçə fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat açıqlamasında deyilir.
“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran və Çində altı qurum və altı şəxsə qarşı İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) maraqları naminə ballistik raket yanacağı komponentlərinin əldə edilməsi şəbəkəsindəki rollarına görə sanksiyalar tətbiq edib”, – Maliyyə Nazirliyi açıqlayıb.
Sanksiyalar xüsusilə İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə qarşı tətbiq edilib ki, bu şirkət “Sepah”ın maraqları üçün Çində yerləşən və qara siyahıya daxil edilən “Shenzhen Amor Logistics Co Ltd” şirkətindən natrium perxlorat alıb. Məhdudiyyətlər STB ilə əlaqəli altı şəxsə qarşı tətbiq edilib.
Sanksiyalar həmçinin STB-ni başqa bir maddə – dioktilebatsinat ilə təmin edən “Dongying Weiaien Chemical Co Ltd” şirkətinə də tətbiq edilib.
Həmçinin sanksiya siyahılarına natrium xlorat tədarük edən Çində yerləşən “Yanling Chuanxing Chemical Plant General Partnership” şirkəti və “Yanling Chuanxing Chemical Plant General Partnership” ilə maliyyə və kadr sahəsində əlaqəli olan “China Chlorate Tech Co Limited” və “Yanling Lingfeng Chlorate Co Ltd” şirkətləri də daxil edilib.
Bu ilin əvvəlində Qərb mətbuatı xəbər vermişdi ki, İran iqtidarı Çindən raket silahları üçün bərk yanacaq istehsalında lazım olan min ton natrium perxlorat alıb və bu yük iki gəmi ilə İrana göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm