
ABŞ-nin siyasətinə boyun əyməyən ölkələr OCCRP-nin hədəfinə tuş gəlirlər -ŞƏRH
Yusif Nəzərli
00:03 06.12.2024
Siyasət
454
Avropa mediası da həqiqəti yazmağa başlayıb
“OCCRP ABŞ tərəfindən yaradılan, onun maraqlarına xidmət edən layihədir. Məkan baxımından harada təsis olunması, fiqurlar olaraq kim tərəfindən idarə olunmasının əhəmiyyəti yoxdur”
"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları üzrə Jurnalist Araşdırmaları layihəsinin, yəni qısaca desək, OCCRP haqqında son günlər ortalığa çıxan məlumatlarda yenilik və əsas nüans ondan ibarətdir ki, bu barədə artıq Avropa mediasının özü yazmağa başlayıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
Ekspert bildirib ki, OCCRP-nin əməlləri, haradan maliyyələşməsi, hansı işlərlə məşğul olması barədə dəfələrlə araşdırma apararaq materiallar dərc edilib:

"Hər zaman birmənalı şəkildə bildirmişik ki, OCCRP ABŞ tərəfindən yaradılan, onun maraqlarına xidmət edən layihədir. Məkan baxımından harada təsis olunması, fiqurlar olaraq kim tərəfindən idarə olunmasının əhəmiyyəti yoxdur. Burada iki məsələ rol oynayır. Birincisi odur ki, OCCRP-nin maliyyə mənbəyi, yəni bir layihə olaraq donor institutu Amerika Birləşmiş Ştatları, həmin ölkənin donorlarıdır. USAİD-dən tutmuş SOROS-a qədər bir çox təşkilatın bu layihənin maliyyələşdirilməsində aktiv iştirakını görmüşük. Maliyyə mənbələri ABŞ-dəndir. Araşdırma mövzuları üçün verilən tezislər də birbaşa Amerika kəşfiyyatından gəlir. OCCRP-nin fəaliyyət istiqamətləri ABŞ-nin maraqlarının təmin olunmasına yönəlib. Hansı ölkələr Vaşinqtonun hədəfindədirsə, təşkilat da həmin ölkəyə fokuslanır".
M.Ələsgərlinin sözlərinə görə, təbii resurslarla zəngin olan, amma ABŞ-nin siyasətinə boyun əyməyən ölkələr birmənalı şəkildə OCCRP-nin hədəfinə tuş gəlirlər, onun hesabatlarında tənqid olunurlar:
"Barələrində qondarma faktlar, dezinformasiyalar yayılmaqla həmin ölkələri gözdən salmağa çalışırlar. Həmin ölkələrin beynəlxalq rəydə imicini korlamaq, təzyiq göstərmək, ABŞ siyasətinə tabe etmək məqsədlərinə nail olana kimi bu cür fəaliyyət davam etdirilir.
Əməkdaşlıq edən jurnalistlərin də əksəriyyəti ABŞ Xüsusi Kəşfiyyat İdarəsinin təsiri altında olan şəxslərdirlər. Bir daha təkrar edirəm ki, sözügedən layihənin hansı niyyətlə yaradılması, nə işlərlə məşğul olması haqqında uzun illər araşdırmalar aparmışıq və bunu ictimailəşdirmişik. Amma indi əsas məqam ondan ibarətdir ki, artıq bir sıra Avropa ölkələri və Qərb mediası da bu təşkilat haqqında həqiqəti yazmağa başlayıb. Çünki təşkilat Avropanın özü üçün də ciddi təhdidə çevrilib".
Qeyd edək ki, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi” (OCCPR) təşkilatının maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edən sensasiyalı material dərc olunub. Bundan başqa, Fransanın "Mediapart" onlayn qəzeti, Almaniyanın "NDR" ictimai telekanalı da OCCRP ilə bağlı araşdırma aparıb. Araşdırma OCCRP-nin əsasən ABŞ-dən maliyyələşdirildiyini təsdiq edib. Materialların xarakteri də onun arxasında ABŞ xüsusi xidmət orqanlarının durduğunu göstərir. Təşkilatın maliyyəçiləri arasında Soros Fondu, USAİD və ABŞ Milli Demokratiya Fondu da var. OCCRP-nin ABŞ hökuməti ilə əlaqələri o qədər sıxdır ki, hətta USAİD-in ermənipərəst rəhbəri Samanta Pauer onu “tərəfdaş qurum” adlandırır. Təşkilatın Qafqaz regionunda ən çox diqqət ayırdığı məkan da Azərbaycan və Azərbaycan təmsilçiliyi olan QHT-lər idi. Bu təşkilat indiyədək dəfələrlə Azərbaycan əleyhinə fəaliyyət sərgiləyib, ölkəmizi əsassız iddialarla ittiham edib. Xüsusən COP29 zamanı da qurum qərəzli yanaşmarından geri durmayıb. OCCRP-nin Azərbaycan da daxil olmaqla apardığı araşdırmaların sifarişçisi, icraçıları, onların qarşısına qoyulmuş vəzifələr indi daha aydındır.
Oxşar xəbərlər
Azərbaycan - Özbəkistan münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir -ANALİZ
12:09 24.08.2026
İsmail Cingöz: İlham Əliyevin Özbəkistan səfəri Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından strateji əhəmiyyət daşıyır
09:21 24.08.2026
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya