
ABŞ sülh prosesində hələ real təsir göstərməyib -AÇIQLAMA
Yusif Nəzərli
05:40 16.07.2025
Siyasət
565
Elşad Mirbəşiroğlu: “ABŞ real təsir göstərmək istəyirsə, İrəvana konkret təzyiqlər etməlidir"
“Minsk qrupunun ləğvi, Ermənistan Konstitusiyasının dəyişməsi – Bakı sülh üçün konkret şərtlər qoyur”
ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişədən danışıb. Tramp münaqişənin tezliklə uğurla həll olunacağını bildirib. Ağ Ev rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan arasındakı danışıqların uğurlu nəticələnəcəyini hesab etmək olar. Trampın sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib. Bu isə yaxşı nəticəyə gətirib çıxaracaq: "Daha bir məsələni həll etdik, mən Ermənistanı və Azərbaycanı nəzərdə tuturam. Görünür, bu məsələ yekunlaşmaq üzrədir".
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg az-a açıqlamasında deyib ki, sülh prosesini irəli aparan Azərbaycan dövləti, onun güc mövqeyidir. Professorun sözlərinə görə, Donald Tramp Administrasiyasının dünyada münaqişələrin həll olunmasında maraqlı olduğunu nümayiş etdirməsi çox müsbət haldır:

"Bu istiqamətdə ABŞ-nin səyləri hansı nəticəyə gətirib çıxaracağını zaman göstərəcək. Məsələ ondadır ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması barədə danışarkən hər hansı keçmiş münaqişə elementinin qalmasını istəmir. Bakı məsələni köklü həll etmək fikrindədir. Hər zaman qeyd etmişik ki, münasibətlərin normallaşdırılmasına, sülh prosesinə səmimiyyətlə, təhlükəli məqsəd güdmədən töhfə vermək cəhdlərini dəstəkləyirik. Bu, praqmatik yanaşmadır. Ermənistanın Konstitusiyasının dəyişdirilməsini istəyirik ki, gələcəkdə Azərbaycana qarşı ərazi iddiaları əsasında yenidən revanş cəhdləri olmasın. ATƏT-in Minsk qrupunun ləğvini istəyirik ki, keçmiş münaqişə vəziyyətinin tamam aradan qalxması təəssüratı tam oturuşmuş olsun. Minsk qrupu formal şəkildə mövcudluğu o anlama gəlir ki, sanki münaqişə hələ də davam edir. Belə bir təsəvvür regiona kənar baxışlara, yanaşmalara təsir göstərir.
Azərbaycan tərəfi ona görə də bu iki məsələyə fundamental və strateji yanaşır. Cənubi Qafqaza artıq heç bir münaqişənin olmadığı region kimi baxmaq lazımdır. Bu, çox vacibdir".
E.Mirbəşiroğlu vurğulayıb ki, ABŞ prezidenti "biz bu məsələni də həll etdik" deyəndə sözsüz ki, burada Tramp aşkar mübaliğəyə yol verib:
"ABŞ Ermənistana ciddi təsir rıçaqlarına malikdir. Vaşinqton sülhün bağlanmasını istəyirsə, İrəvana təsir göstərməlidir. Əgər ABŞ ilə Ermənistan arasında bu barədə müzakirələr getmiş olsaydı, biz də inanardıq ki, Ağ Ev proseslərə iddia etdiyi kimi səmimiyyətlə yanaşır. Bugünədək ABŞ-Ermənistan arasında heç bir müzakirə olmayıb. Sadəcə, Ağ Ev tərəflər arasındakı birbaşa dialoqu dəstəkləyib. Ancaq Amerikanın digər bölgələrdəki münaqişələrin həlli yönündə atdığı addımların səmərəli olduğunu söyləmək olmaz. Bir neçə gün öncə dövlət katibi M.Rubio qeyd etdi ki, ABŞ Pakistan-Hindistan arasında münaqişəni aradan qaldırdı. Amma iki dövlət arasında münaqişə aradan qalxmayıb. O cümlədən İran-İsrail arasındakı münaqişənin predmetləri də qalmaqdadır. İstəyimiz odur ki, ABŞ Azərbaycan-Ermənistan arasındakı məsələyə də belə yanaşmasın. Bizə birdəfəlik sülh və sabitlik lazımdır. Proses bundan sonra Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti, güc mövqeyi sayəsində irəli gedəcək. Biz Ermənistan-Azərbaycan arasındakı sülh məsələsinin geosiyasi müzakirə predmetinə çevrilməsini istəmirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi