
ABŞ və İsrailin əsas məqsədi İranın bölgədəki gücünü yox etməkdir - ŞƏRH
ABŞ və İsrailin əsas məqsədi İranın bölgədəki gücünü yox etməkdir - ŞƏRH
09:11 22.04.2025
Siyasət
451
ABŞ ordusu Yəməndə husilərin mövqelərini bombardman edir. Məlumata görə, ABŞ ordusu husilərin sursat anbarlarına və limanlara hava zərbəsi endirib. Amerika hərbi qüvvələrinin Yəmənin Səna vilayəti və digər ərazilərinə növbəti aviazərbələri nəticəsində onlarla insan həlak olub. Hücumda 11 nəfərin də yaralandığı bildirilib.
Digər məlumata görə, Qırmızı dəniz sahilində yerləşən Əl-Hudeyda vilayətindəki Ras İsa limanına, xüsusilə oradakı neft terminalına da raketlər atılıb. Hadisə nəticəsində 17 fəhlə və işçi, eləcə də 5 təcili yardım əməkdaşı həlak olub. Limanda güclü yanğın baş verib. Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-nin hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək.

Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, əslində, ABŞ-nin əsas məqsədi İranın bölgədəki gücünü yox etməkdir. Siyasi ekspert bildirib ki, ötən il İsrail bu məsələdə xeyli irəliləyiş əldə edib:
"HƏMAS və Hizbullah liderlərinin öldürülməsi, eyni zamanda bu təşkilatlara qarşı davamlı şəkildə keçirilən əməliyyatlar İranın bölgədəki əsas proksilərinin ciddi şəkildə zəifləməsinə səbəb oldu. Hazırda müttəfiqlərin əsas hədəfi Qəzza bölgəsini elə keçirərək HƏMAS-ın varlığına son qoymaq və bundan sonra Hizbullahı sıxışdırıb məhv etməkdir. Suriyada Əsəd rejimi hakimiyyətdən devrildikdən sonra Hizbullahın İranla quru əlaqəsində ciddi problem yaranıb. Buna görə də silah təchizatını lazımınca yerinə yetirə bilmir. HƏMAS-ın da sıradan çıxarılması Hizbullah üçün ciddi itki deməkdir. ABŞ və İsraili ən çox narahat edən isə husilərdir. İsrail Hizbullah və HƏMAS-dan fərqli olaraq husilərə ciddi zərbə vura bilməyib. Hazırda Hizbullah və HƏMAS-ın İranla arasındakı əlaqələri təmin edən əsas yol məhz husilərin nəzarəti altındadır. Buna görə də ABŞ husiləri sıradan çıxarmaq istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur