
ABŞ Zəngəzur dəhlizinə gəlir: Paşinyan Vaşinqtona “yaşıl işıq” yandırıb
Yusif Nəzərli
05:27 08.08.2025
Siyasət
316
Dəhliz razılaşdırılıb, indi sıra Vaşinqtonun təhlükəsizlik planındadır
"Reuters" məlumat yayıb ki, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək görüş sülh çərçivə sənədinin imzalanması ilə yekunlaşacaq. Məlumata görə, sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi - red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-yə verilməsi də nəzərdə tutulur. Dəhliz "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq. Dəhliz çərçivəsində Ermənistan ABŞ-yə uzunmüddətli infrastruktur və idarəetmə hüquqları verməyə razılaşıb. ABŞ bu dəhlizi kommersiya əsaslı subpodratçılara icarəyə verəcək. Erməni politoloq Stepan Danielyan deyib ki, ABŞ ordusu Zəngəzur dəhlizinə nəzarət üçün “özəl təhlükəsizlik şirkəti” şəklində Ermənistana daxil olsa, ölkə həm Amerika, həm də Rusiya hərbçilərinin eyni vaxtda ola biləcəyi nadir yerlərdən biri olacaq. Ekspert bildirib ki, əslində, Ermənistan Suriyadan sonra oxşar vəziyyətin yarana biləcəyi ikinci yerə çevrilir.
Politoloq Natiq Miri bildirib ki, bu istiqamətdə hələ də qeyri-müəyyənliklər qalır. Analitik qeyd edib ki, rəsmi İrəvan bu təklifə müəyyən qədər razılıq verib:

"Ermənistan öz suveren hüquqlarını heç kimə təslim etməyəcəyini bildirsə də, prinsipial olaraq ABŞ-nin kommunikasiya sisteminə nəzarət etməsinə və təhlükəsizliyi təmin etməsinə razıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial razılaşma olsa da, təhlükəsizlik və ABŞ şirkətinin iştirakı məsələsində bəzi suallar aktuallığını qoruyur. Görünən budur ki, hazırda bu məsələlərin üzərində iş aparılır. Düşünürəm ki, məhz bu məsələlərlə bağlı Ermənistanın məsləhətləşməyə ehtiyacı var. Ancaq nəqliyyat-kommunikasiya sisteminin açılması prinsipial olaraq razılaşdırıldığı üçün Zəngəzur dəhlizinin reallaşması uzaq deyil. Bu istiqamətdə artıq konkret praktiki addımlar da atılır. Hətta Əbu-Dabi görüşündən əvvəl də Nikol Paşinyanın Zəngəzur bölgəsinə bir neçə səfəri olub və bu səfərlər çərçivəsində müəyyən praktiki işlər görülüb. Hazırda əsasən yüklərin daşınması və dəmir yolu xəttinin açılması məsələsi müzakirə olunur. Əgər konkret siyasi razılıq əldə olunarsa, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması uzaqda deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron III Karlın Trampla bağlı zarafatına reaksiya verib
19:23 01.05.2026
Dünya
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm