
Abxazlar erməni separatçıların acınacaqlı aqibətindən nəticə çıxarmalıdır -Politoloq
Yusif Nəzərli
01:05 18.02.2025
Siyasət
376
İstənilən separatizm cəhdləri iflasa məhkumdur
Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Qeyd olunub ki, Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır. Vurğulanıb ki, Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, rəsmi Bakının Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımaması gözlənilən addım idi. Ekspertə görə, Azərbaycanın bununla bağlı prinsipial mövqe nümayiş etdirməsi təqdirəlayiq haldır:

"Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hər zaman hörmətlə yanaşıb. Ölkəmizin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü növbəti dəfə açıq şəkildə dəstəkləməsi də bir daha təsdiqləyir ki, beynəlxalq hüququn prinsiplərindən çıxış etmək bizim üçün həqiqətən də prioritet məsələdir. Biz Abxaziyanı Gürcüstanın tərkib hissəsi kimi qəbul etməklə bütün region ölkələri üçün müsbət nümunə yaradırıq. Bəli, Abxaziya Gürcüstanın bir parçasıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə öz həllini tapmalıdır. Separatçılıq həll yolu deyil və ümumiyyətlə, separatçılığın perspektivi yoxdur. Separatizmin girovuna çevrilmiş və işğal olunmuş Abxaziyada hər hansı "seçki"lərin keçirilməsi absurddur. Ona görə də Suxumidə aksiya keçirənlər, süni surətdə iqtidar-müxalifət qarşıdurması yaradanlar reallıq hissinə qayıtmalıdır. Bu cür siyasi oyunlardan əl çəkib Tbilisi ilə danışıqlara getməlidirlər. Başa düşməlidirlər ki, dünya birliyi qondarma “növbədənkənar prezident seçkisi”ni və onun nəticələrini tanımır".
Siyasi şərhçi vurğulayıb ki, abxazlar vaxtilə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejim yaratmış erməni separatçılarının acınacaqlı aqibətindən nəticə çıxarmalıdır:
"Erməni separatizminin təsirinə uyub Cənubi Qafqazda milli-etnik zəmində qarşıdurmalara getmək, münaqişə ocaqları yaratmaq ağılsızlıqdır. Ermənilərin separatizm mərəzi bəzi xalqlar üçün çox pis nümunə oldu. Lakin Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi və lokal antiterror əməliyyatı nəticəsində Ermənistanın işğalına və erməni separatizminə son qoyması bütün separatçılara dərs olmalıdır. İstənilən separatizm cəhdləri iflasa məhkumdur. Cənubi Qafqazı münaqişə ocağına və separatizm yuvasına çevirmək olmaz. Bölgəmizi sülh və həmrəylik məkanı kimi tanıtmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət