
Aİ diqqətini Naxçıvanın nəqliyyat və kommunikasiya imkanlarına yönəldib -ŞƏRH
10:53 02.09.2025
Siyasət
586
Yollar açıldıqdan sonra Naxçıvanın imkanları daha da genişlənəcək
"Naxçıvan çox mühüm strateji zonadırq".
Bunu Naxçıvanda Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşılıqlı səyləri nəticəsində sülh və normallaşma prosesində yeni mərhələyə qədəm qoymuşuq: “Bu dövr Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma, eyni zamanda bütün regionun inkişafı üçün yeni imkanlar yaradır. Naxçıvan çox mühüm strateji zonadır. Burada uzun illər bağlı qalmış yolların açılması təkcə Azərbaycan və Ermənistana deyil, bütün region ölkələrinə fayda verəcək. Bu, kommunikasiya və regional əlaqələrin inkişafı baxımından olduqca vacibdir”.
O, həmçinin bölgənin turizm potensialını yüksək qiymətləndirdiyini bildirib: “Naxçıvanın böyük turizm potensialı mövcuddur. Zənnimcə, avropalıların bu inanılmaz gözəlliyi görmələri çox yaxşı olardı”.
Milli Məclisin deputatı Asim Mollazadə Sherg.az-a deyib ki, Aİ nümayəndəsinin Naxçıvanla bağlı açıqlamaları tam həqiqəti əks etdirir:

"Naxçıvanın çox böyük və mühüm rolu var. Söhbət yalnız dəhlizdən getmir. Nəqliyyat və kommunikasiya sistemləri önəmlidir. Aİ-nin diqqətini cəlb edən əsas məsələlər də məhz bunlardır. Eyni zamanda Naxçıvanın çox böyük turizm potensialı var. Tarixi baxımdan Naxçıvan qədim sivilizasiyaların beşiyi hesab olunur. Bundan başqa, Naxçıvanda bir sıra təbii möcüzələr mövcuddur. Yollar açıldıqdan sonra Naxçıvanın imkanları daha da genişlənəcək. Avropa Birliyi ölkələri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən bura turist axını başlaya bilər. Üstəlik, sənaye potensialı da mövcuddur. Aİ nümayəndəsinin fikirləri gələcək inkişaf üçün həqiqəti əks etdirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya