Aİ Moldovaya 30 milyon avro ayırıb
Yusif Nəzərli
15:45 27.01.2025
Siyasət
277
Avropa İttifaqı (Aİ) qazın alınması və Dnestryanı bölgəyə nəqli üçün Moldovaya 30 milyon avro vəsait ayırıb.
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Bu paket çərçivəsində Aİ 2025-ci il fevralın 10-dək Dnestryanı regionunun 350 mindən çox sakininin elektrik və istilik təchizatının bərpasına kömək etmək üçün təbii qazın alınması və bölgəyə nəqlini maliyyələşdirməyə hazırdır. Paket həmçinin Dnestr çayının sol sahilindən sağ sahilinə elektrik enerjisinin verilməsinə imkan yarada bilər”, - AK-dan bildirilib.
Bundan əlavə, Aİ yaxın həftələrdə Moldovaya böhranın vətəndaşlara sosial təsirini azaltmağa yönəlmiş maliyyə dəstəyi paketi təqdim etməyi öhdəsinə götürür, eyni zamanda ölkədə uzunmüddətli enerji dayanıqlığı və iqtisadi artım üçün zəmin yaradır.
Xatırladaq ki, “Qazprom” şirkəti yanvarın əvvəlində Ukrayna ərazisindən tranzitə qadağa qoyulmasından və rəsmi Kişineunun istehlak edilən yanacağa görə borc problemini həll etməkdən imtina etməsindən sonra Moldovaya qaz nəqlini dayandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya
Azərbaycan futboluna ağır itki: Əməkdar məşqçi vəfat etdi
16:29 06.07.2026
Futbol
Rusiya səfiri Azərbaycan XİN-ə çağrıldı, nota verildi
16:23 06.07.2026
Siyasət
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi
16:06 06.07.2026
Son dəqiqə