Almaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayır -Berbok

Almaniya Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə əldə olunan razılaşmanı alqışlayır.

APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Sülh sazişi ilə bağlı əldə edilən razılaşma ümidvericidir”, – Berbok qeyd edib.

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistanı sülh sazişini imzalamağa çağırıb.