Almaniya Prezidenti Yaxın Şərqə və Türkiyəyə səfər edəcək
Yusif Nəzərli
21:12 30.01.2025
Siyasət
494
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dək Yaxın Şərqə və Türkiyəyə səfər edəcək.
AZƏRTAC Almaniya Prezidentinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, dövlət başçısı bölgəyə səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayacaq. Frank-Valter Ştaynmayerin Səudiyyə Ərəbistanına ötən ilin noyabrında planlaşdırılan səfəri Almaniyada koalision hökumətin dağılmasından sonra təxirə salınmışdı.
Almaniya Prezidenti Ər-Riyadda bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşəcək və Kral Salman parkını ziyarət edəcək.
Prezident Frank-Valter Ştaynmayer fevralın 4-də İordaniyada olacaq, “İraqda İŞİD-ə qarşı mübarizə potensialının gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edəcək. Səfər çərçivəsində İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüş də nəzərdə tutulub.
Almaniya Prezidenti bölgəyə səfərini fevralın 5-də Türkiyəni ziyarət etməklə başa çatdıracaq. Qısa səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılıb.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi