Almaniya siyasi güc olmaq istəyir -ŞƏRH
Yusif Nəzərli
23:46 01.04.2025
Siyasət
475
Berlin ona görə Azərbaycan-Ermənistan arasında sülh prosesində yer almaqda maraqlıdır
“Almaniya Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır”. Bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer erməni həmkarı Vaaqn Xaçaturyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında deyib. O, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı hazırkı proseslərə də münasibət bildirib: “İndi heç nə sülh sazişinin imzalanmasına mane olmur. Mövcud çətinliklərin öhdəsindən gəlmək olar. Hər şeyi danışıqlar yolu ilə həll etmək mümkündür. Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətindəki irəliləyişi çox mühümdür. Tərəfləri təbrik edirəm”. Almaniya Prezidenti vurğulayıb ki, Ermənistan son həftələr konstruktivlik nümayiş etdirərək sülh sazişinin imzalanması üçün imkanlar yaradan qərarlar qəbul edib. Ştaynmayer İrəvan və Bakının sülhün bərqərar olması istiqamətində son addımlar atmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, İrəvan üçün münaqişəyə son qoymaq o qədər də asan olmayıb.
Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl "Sherg.az"a deyib ki, Almaniya prezidentinin Cənubi Qafqaza səfərində Gürcüstanın yer almaması, səfər planında sadəcə Ermənistan və Azərbaycanın olması da göstərir ki, rəsmi Berlin Azərbaycan-Ermənistan arasında sülh prosesində yer almaqda maraqlıdır. Ekspertə görə, Almaniyada yaxın günlərdə formalaşacaq yeni hakimiyyət Azərbaycan-Ermənistan münasibətlərində müəyyən dərəcədə aktiv rol oynamaq niyyətindədir:
"Almaniyanın keçmiş kansleri Olaf Şoltsun da sülh prosesində iştirak təşəbbüsləri olub. Bunlar göstərir ki, Almaniya perspektivdə təkcə sülh prosesində iştirakda yox, region ölkələri ilə iqtisadi əməkdaşlıqları da artırmaq istəyir. Almaniyanın yeni hökuməti ölkənin iqtisadi, hərbi baxımdan güclənməsini ön plana çəkib. Almaniya dünya ölkələri ilə fərqli münasibət qurmağı hədəfləyir. Avropada Almaniya artıq sadəcə iqtisadi yox, eyni zamanda siyasi güc olmaq istəyir. Siyasi güc olmağın yollarından biri də regional məsələlərdə, sülh proseslərində aktiv olmaq, rol almaqdır. Almanlar konkretdir və görünür, Azərbaycana və Ermənistana müəyyən mesajlar, təkliflər verməyi düşünürlər. Düzdür, Almaniyada əsas rolu kansler oynayır. Amma prezident məhz Almaniyanın perspektiv siyasətinin elementlərini və sülh prosesində hansı addımları ata biləcəyini müəyyənləşdirmək üçün Cənubi Qafqaza səfər edib. Almaniya güclənmək istəyir. Onsuz da iqtisadi baxımdan güclüdür. Həmçinin, siyasi cəhətdən də dünyadakı rolunu artırmaq niyyəti güdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya