Almaniyanın XİN rəhbəri: Azərbaycan Almaniya və Aİ üçün etibarlı tərəfdaşdır

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.

APA xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, Azərbaycan həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaşdır:

“Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq”.