
Almaniyanın yeni xarici işlər nazirinin bəyanatı Rusiyaya bir siqnaldır - ŞƏRH
Yusif Nəzərli
18:11 10.05.2025
Siyasət
552
Qlobal siyasi arenada baş verən dəyişikliklər, Avropada formalaşan yeni güc balansı dövlətlərin daxili siyasətində ciddi dəyişikliklərə yol açır. Bu dəyişikliklər təkcə ölkə daxilində deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni mövqelərin yaranmasına səbəb olur.
Belə bir şəraitdə qərar qəbul edən liderlərin kimliyi və onların xarici siyasət kursu Avropanın gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir. Yeni liderlərin ortaya çıxması, onların regional və beynəlxalq məsələlərə qarşı göstərdikləri yanaşma Avropada sülh və sabitliyin formalaşmasında əsas amillərdən biridir. Bu kontekstdə baş verən hadisələr Avropanın siyasi gələcəyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlama verib:

"Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biridi. Yaxın vaxtlarda burada siyasi hakimiyyət böhranı baş verdi. Bu böhran nəticəsində kansler Olaf Şoltsun rəhbərlik etdiyi koalisiya dağıldı və yeni seçkilər təyin olundu. Seçkilərin ikinci turunda Fridrix Merz 325 səslə Almaniyanın yeni kansleri seçildi. Birinci turda o, 310 səs toplayaraq 316 səs tələbini qarşılaya bilmədi. İkinci tur açıq səsvermə şəklində keçirildi və Merz 325 səslə qalib gəldi. Müxalifət partiyası olan Xristian Demokrat İttifaqının öz üzvləri arasında Merzin Alternativ Almaniya partiyası ilə münasibətləri səbəbindən ilk turda dəstəyi zəif oldu.
Fridrix Merz Ukrayna-Rusiya müharibəsində sərt mövqeyi ilə tanınır. O, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını qınayır. Seçki öncəsi bəyanatında Rusiyaya qarşı durmaqdan ötrü güclü Avropa İttifaqının lazım olduğunu söylədi. Bildirdi ki, Avropa İttifaqının güclü olmasından ötrü güclü Almaniya lazımdır. Merz, Almaniyanın Rheinmetall kimi böyük silah istehsalçılarını daha da inkişaf etdirməli olduğunu vurğulayır. O, həmçinin Avropa İttifaqının gücləndirilməsi üçün güclü Almaniyanın vacibliyini qeyd edir".
Ekspert Merzin Kiyevə səfərdindən də söz açıb. Həmçinin ABŞ və Avropa İttifaqının siyasi mövqelərinə də toxunub:
"Bundan əlavə, Merzin Avropa liderləri ilə birlikdə Kiyevə səfəri və orada səsləndirilən fikirlər Almaniyanın Ukraynaya olan dəstəyini bir daha təsdiqlədi. Merz yenidən qeyd etdi ki, Ukraynanın təhlükəsizliyinin təminatı Avropanın təhlükəsizliyinin təminatıdır. Bu bəyanatlardan sonra Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsində gedişi başqa cür olacaq. Hətta Merz söylədi ki, onun rəsmi səfəri Kiyevdən sonra ABŞ-yə olacaq. O, Trampla Rusiya-Ukrayna müharibəsi haqqında fikir mübadiləsi aparacaq.
Almaniyanın yeni xarici işlər nazirinin bu bəyanatı Rusiyaya bir siqnaldır ki, o, atəşkəs haqqında rejimə hazır olsun. 8-9 may günlərini bir tərəfli şəkildə Ruisya atəşkəs elan etdi. Lakin Ukrayna bunun 30 gün müddətində uzaldılmasını təklif etdi. ABŞ və Avropa İttifaqı isə bu atəşkəs rejiminin müddətsiz vaxta gəlməsi, sonra da tərəflərin sülh masasına oturmasına dair bəyanatlar verdilər".
Xəbər lenti
Hamısına bax
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya
Tramp NATO sammiti üçün Ankaraya min nəfərlik heyətlə gəlir
18:47 03.07.2026
Gündəm
Rekord istilər fonunda Münhendə suya tələbat kəskin artıb
18:42 03.07.2026
Dünya
Əli Tekin Atalar vəfat etdi
18:26 03.07.2026
Mədəniyyət
DÇ-2026 qaydaları Türkiyədə də tətbiq olunacaq
18:24 03.07.2026
Futbol
Tbilisi ABŞ konqresmeninin açıqlamasına sərt reaksiya verdi
18:18 03.07.2026
Dünya