
Analitik: “Azərbaycanın qətiyyətli mövqeyi Minsk qrupunu sıradan çıxardı”
12:40 21.08.2025
Siyasət
399
Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir.
Bunu Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib.
Dövlətimizin başçısı vurğulayıb: “Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, Minsk qrupu ATƏT tərəfindən Cənubi Qafqazda sülhü və sabitliyi bərpa etmək, o cümlədən Azərbaycan–Ermənistan münasibətlərinin dinc yolla həlli istiqamətində addımlar atmaq üçün yaradılmışdı:

"Bu prosesdə həmsədr ölkələr – ABŞ, Rusiya və Avropanı təmsil edən Fransa iştirak edirdi. Əsas məsələ Minsk qrupunun fəaliyyətsizliyi idi. 30 il ərzində qrup real şəkildə münaqişənin həllinə deyil, onun uzadılmasına xidmət etdi. Həmsədrlər açıq şəkildə ermənipərəst mövqe sərgiləyərək Azərbaycandan işğal faktorunu qəbullanmağı və müharibədən əvvəlki reallıqlarla barışmağı tələb edirdilər. Azərbaycan rəhbərliyi heç vaxt bu cür şərtlərə boyun əymədi, öz iradəsini göstərdi. Nəticə etibarilə 2020-ci ildə torpaqlarını işğaldan azad etdi. Bundan sonra isə Azərbaycan üçün mənfur Minsk qrupuna ehtiyac qalmadı və bu qurumun hüquqi cəhətdən də ləğv olunması vacib idi. Müharibədən sonra Minsk qrupu faktiki olaraq fəaliyyətsiz qaldı. Onu saxlayan qüvvələr isə əslində bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırdılar. Onlar göstərmək istəyirdilər ki, guya münaqişə hələ də davam edir. Bu qüvvələr Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərin geri qaytarılması və onlara müxtəlif imtiyazların verilməsi kimi əsassız tələblər irəli sürürdülər. Halbuki bu məsələ artıq gündəmdə deyil və Ermənistan rəhbərliyi də bunu etiraf edib".
Analitik vurğulayıb ki, ortada artıq münaqişəlik vəziyyət qalmadığı üçün Minsk qrupunu saxlamağın da mənası yoxdur:
"Buna görə də Azərbaycan və Ermənistan liderləri Vaşinqton görüşündən sonra ATƏT rəhbərliyinə müraciət edərək qrupun ləğv olunması prosedurunun başlanmasını istəyiblər. Bununla da ölkəmizə qarşı uzun illər tətbiq edilən təzyiq mexanizmlərindən biri sıradan çıxmış oldu".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya