
Analitik: İkitərəfli, üçtərəfli formatlarda əməkdaşlıq TDT-ni gücləndirəcək
Yusif Nəzərli
02:30 30.01.2025
Siyasət
431
Azərbaycan-Türkiyə-Özbəkistan kimi böyük dövlətlərin böyük işləri birlikdə görmək imkanları kifayət qədər genişdir
Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilib. Görüşdə üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edib.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkilib. Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında sözügedən iclasla bağlı paylaşım edib: "Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat/infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik".
Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.
Bunu isə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada təşkil edilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransında deyib.
O bildirib ki, Asiya və Avropa qitələri arasında ən etibarlı, ən sürətli və iqtisadi marşrut Mərkəzi Asiya-Xəzər Dənizi-Cənubi Qafqaz və Türkiyə xəttidir, bununla belə, regionda enerji böhranı, qeyri-qanuni miqrasiya, terror və radikallıq kimi problemlər var: "Belə bir geosiyasi mühitdə Türk dünyası içərisində həmrəyliyə ehtiyac var. Türk Dövləti Təşkilatı bu yöndə əhəmiyyətini getdikcə artırır. Keçən il əvvəl Şuşada, sonra Bişkekdə (Qırğızıstanın paytaxtı) həyata keçirilən sammitlərdə mühüm qərarlar aldıq. Bu il də iki mühüm sammitimiz var. Qeyri-rəsmi zirvə - Macarıstanda, 12-ci rəsmi zirvə görüşü isə qardaş Azərbaycanda həyata keçiriləcək".
Siyasi ekspertlər hesab edir ki, Türk dövlətlərinin Türk Dövlətləri Təşkilatında əməkdaşlıq etməsilə yanaşı, ikitərəfli, üçtərəfli münasibətlər qurması və inkişaf etdirməsi çox ciddi faktordur. Bu baxımdan Azərbaycan-Türkiyə-Özbəkistan formatı da uğurlu bir variant kimi dəyərləndirilir.
Siyasi şərhçi Azər Həsrətin "Sherg.az"a açıqlamasında qeyd etdiyi kimi, bu həm də Türkiyə-Azərbaycan tandeminin Türk dünyasının birliyi istiqamətində effektiv fəaliyyətinin göstəricisi sayıla bilər:

"Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin fərqli formatlarda bir araya gəlməsi ümumi işin xeyrinədir. Bəzən TDT müstəvisində müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək çətinlik törədir. Bu da üzv dövlətlərin fərqli maraqlarından qaynaqlanan təbii haldır.
Belə bir şəraitdə üzv dövlətlərin bir-birinə qarşı sərt tədbirlər görməsi, tələblər irəli sürməsi qəbuledilməzdir. Bu səbəbdən TDT-yə üzv dövlətlərin ikitərəfli, üçtərəfli formatlarda əməkdaşlığı vacibdir.
Azərbaycan-Türkiyə-Özbəkistan kimi böyük dövlətlərin böyük işləri birlikdə görmək imkanları kifayət qədər genişdir.
Bu dövlətlərin üçtərəfli əməkdaşlıq çərçivəsində atacağı addımlar digər dövlətlər üçün də maraqlıdır və heç bir halda onları narazı salmır. Ölkələr iclasda iqtisadi əlaqələri genişləndirməyi hədəflədiklərini qeyd ediblər. Hesab edirəm ki, iqtisadi əlaqələrin genişlənməsi münasibətlərin daha da sıxlaşmasına təsir edəcək".
Qeyd edək ki, Azərbaycan və Türkiyə son illər üçtərəfli əməkdaşlıqlar istiqamətində mühüm addımlar atırlar. Hər iki ölkə Özbəkistandan əlavə Qazaxıstan, Pakistan, İran, Gürcüstan, Rusiya, Türkmənistan və s. kimi ölkələrlə üçtərəfli münasibətlər qurub və inkişaf etdirir. Azərbaycan və Türkiyənin təşkilatçılığı ilə həyata keçirilən regional dialoq və əməkdaşlıq platformaları bölgədə və dünyada sülhə, dayanıqlı inkişafa mühüm töhfədir.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi