
Analitik: Şuşa Bəyannaməsindən icraata yaxınlaşırıq
Yusif Nəzərli
06:52 16.05.2025
Siyasət
369
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında yeni zirvələr göründü
Bu görüşlər regiona göz dikən qüvvələr üçün də siqnaldır ki, hər iki dövlətin hərbi-siyasi gücü yenilməz xarakter daşıyır
Məlum olduğu kimi ötən gün Prezident İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi və milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Görüşlərdə ölkələrimizin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edilib. Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib. Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb. Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib. Əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu qeyd olunub.
AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Türkiyə ilə Azərbaycanın münasibəti indiyədək analoqu olmayan dostluq və qardaşlıq münasibətləridir. Ekspert vurğulayıb ki, “Bir millət, iki dövlət” anlayışı həmin əlaqələrin yüksək səviyyəsini açıq şəkildə əks etdirir:

"Hər iki bu dövlət əməkdaşlığı uğurla davam etdirməkdədir. Azərbaycanla Türkiyə təbii müttəfiqdirlər və həmin müttəfiqlik təkcə Bakı ilə Ankara üçün deyil, region üçün strateji və təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. 2021-ci ildə Şuşa şəhərində prezidentlər R.T.Ərdoğan və İlham Əliyevin imzaladığı Şuşa Bəyannaməsi bütün sahələrdə, o cümlədən hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı yeni mərhələyə daşıdı. Bəyanatda tərəflərin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi nəzərdə tutulur. Bu iclaslarda milli mənafe və maraqlara toxunan regional, beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin həyata keçirilməsi, həmçinin iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərəcəyi vurğulanır. Eyni zamanda Bəyanat müdafiə qabiliyyətlərinin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı özündə ehtiva edir. Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində, NATO standatrlarına uyğunlaşdırılmasında, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasında fəal dəstəyini verir və artıq bir sıra nailiyyətlərə imza atılıb".
Ə.Oruclu əlavə edib ki, Ankara-Bakı İttifaqı həm də regionda destablizasiyaya can atan və gərginlik yaratmağa çalışan xarici güclər üçün də çəkindirici faktordur:
"ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi dünya siyasətini və qlobal prosesləri ciddi şəkildə təsirləndirdi və ənənəvi oyun qaydalarını dəyişdirdi. Qlobal güclərin ticari-iqtisadi müharibələri, beynəlxalq güc mərkəzlərinin təmərküzləşməsi ilə bağlı yeni kombinasiyaların qurulması fonunda Türkiyə və Azərbaycan öz maraqlarının müdafiəsi üçün birgə fəaliyyəti və koordinasiyalı addımları əvvəlkilərdən daha vacib edib. Aydındır ki, beynəlxalq hüquq və prinsiplər artıq işlənməz hala gətirilib və güc amili həlledici mahiyyət kəsb edib. Belə dönəmdə Ankara ilə Bakı həm Qafqazlarda, geniş türk coğrafiyasında, qlobal siyasətdə öz mövqelərini qorumalıdırlar. Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik və hərbi balansın hələ ki, Kremlə müəyyən cəsarətlər verməsi Moskvanın Cənubi Qafqaza yenidən ciddi nüfuz etmə iddialarını artırır. Bu isə müstəqil siyasət yürüdən Azərbaycan üçün risklər yaradır. Rusiyanın Azərbaycanla bağlı formalaşmış qeyri-dost mövqeyini nəzərə alsaq, tədbirli olmağın əhəmiyyəti daha da artmış olur. Üstəlik, İran və Qərbin basqıları davam etməkdə, Ermənistanla sülh sazişinin imzalanması yubanmaqdadır. Məhz belə məqamda Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi və milli müdafiə naziri Yaşar Güləri Azərbaycan Prezidentinin qəbul etməsi və aparılan danışıqlar diplomatik mesajlardır. Bu görüşlər regiona göz dikən qüvvələr üçün də siqnaldır ki, hər iki dövlətin hərbi-siyasi gücü yenilməz xarakter daşıyır. Bununla hesablaşmamaq peşmançılıq yarada bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət