ANCA-dan etiraf: Ermənistan Azərbaycana məğlub oldu
Yusif Nəzərli
19:17 15.01.2025
Siyasət
476
ABŞ-nin ən böyük erməni lobbi təşkilatı olan ANCA-nın xəyalları bir daha puç olduqdan sonra, təşkilatın rəhbəri Ermənistanın növbəti dəfə Azərbaycana məğlub olduğunu qəbul edib. Təşkilat bu dəfə puç olan xəyallarının günahkarı kimi ABŞ-nin getməkdə olan administrasiyasını ittiham etməyə çalışıb.
Belə ki, təşkilat Ağ Evdə bir neçə günü qalmış Bayden administrasiyası ilə Ermənistan arasında imzalanan "strateji saziş"in boş və manasız bir kağız parçası olduğunu dərk edərək, panikaya qapılıb.
ANCA-nın icraçı direktoru Aram Qambaryan imzalanan bu sənədi Bayden administrasiyasının Ermənistan üçün "vida hədiyyəsi" adlandırır, eyni zamanda, Amerikadakı erməni diasporunun gözündə öz günahlarını yumaq üçün açıq-aydın və boş bir cəhd olduğunu qeyd edir.
Xəyallar qurub və o xəyalların reallaşmadığını görən erməni lobbisi bunun günahını niyəsə ABŞ administrasiyasında görür, və imzalanan sənədi 5 gündən sonra Ağ Evi tərk edəcək Bayden administrasiyasının ermənilər qarşısında "günahını yumaq" cəhdi kimi dəyərləndirir. Həmişə olduğu kimi, "ermənilərdən başqa hamı günahkardır".
Bununla yetinməyib, ANCA ABŞ administrasiyasını Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıqda da ittiham edir. Belə ki, ermənilərin Vaşinqtonla “strateji saziş” imzalamasını qeyd etmələrinin növbəti günü onlar daha bir zərbə alır: ABŞ Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə 100 milyon dollardan çox sövdələşmə üçün maliyyə ayırır. Şirkətin, öz növbəsində, bu vəsaitləri "Boeing"dən yük təyyarələri almaq üçün istifadə edəcəyi məlum olur.
İsteriyaya qapılan erməni lobbisi bunu görüb aviaşirkəti "silah daşımaqda", ABŞ administrasiyasını isə Azərbaycanla faydalı əməkdaşlıq etməkdə ittiham edir. Məlum məsələdir ki, onlar ABŞ-nin ermənilər ilə kağız parçası imzaladığı zaman, Azərbaycanla real və qarşılıqlı fayda gətirəcək razılaşmalar imzalanmasını həzm edə bilmir. Yük daşıması ilə məşğul olan və yetərincə tanınan bir aviaşirkəti "silah daşımaqda" boş və əsassız ittiham etməkləri bunun açıq göstəricisidir.
Bütün bunlar - ABŞ administrasiyasına və Azərbaycan aviaşirkətinə qarşı isterik ittihamlar - yalnız erməni lobbisinin fiaskoya uğradığını və ABŞ səhnəsində Azərbaycana yenidən məğlub olduğunu sübut edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm