
Ankara Suriyada ağıllı və təmkinli siyasət yürüdür - RƏY
04:47 15.04.2025
Siyasət
477
İsrail də Türkiyənin regiondakı maraqlarını qəbul etməyə məhkumdur
Türkiyə və İsrail rəsmiləri arasında Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda texniki görüş keçirildi. Yüksək çinli israilli məmur “Tayms of İsrail” nəşrinə açıqlamasında deyib ki, görüş zamanı İsrail Suriyada xarici qoşunların yerləşdirilməsi ilə bağlı hər hansı dəyişikliyin, xüsusən də Palmira ərazisində Türkiyə bazalarının yaradılmasının qırmızı xətt olduğunu açıqlayıb.
İsrail açıq şəkildə bildirib ki, bu cür fəaliyyətin qarşısını almaq Dəməşq hökumətinin üzərinə düşür: "İsraili təhdid edən istənilən fəaliyyət Suriya Prezidenti Əhməd əş-Şaranın hakimiyyətini təhdid edəcək". İsrail Baş nazirinin Ofisi məlumat yayıb ki, Türkiyə ilə Suriya üzrə danışıqlar sabitliyi qorumaq məqsədi daşıyır. Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib: "İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir". Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb: "Danışıqlarda tərəflər regionda öz maraqlarını təqdim etdi və onlar sabitliyi qorumaq üçün kommunikasiya kanalını açıq saxlamağa razılaşdılar".

Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib ki, Türkiyə-İsrail münasibətlərinin Bakıda danışaraq yoluna qoyulmasına cəhd edilməsi bizim üçün müsbət haldır. Siyasi şərhçi vurğulayıb ki, bu, regionun iki güclü dövləti ilə isti münasibətlərimizin daha bir təsdiqidir:
"İsrailə qarşı Türkiyənin iradları əsasən Qəzzadakı soyqırımla bağlıdır. İsrail nə qədər Bakının dostu olsa da, onun bölgədəki hərbi fəaliyyəti aşırı zorakı və bütün bölgə üçün arzuolunmazdır. Türkiyə İsraildən fərqli olaraq bölgədə aşırı güc tətbiq etməkdən qaçır və daha çox diplomatik-siyasi yollarla maraqlarını həll etməyə çalışır. Həmçinin, Türkiyə regionun hər cəhətdən ən güclü dövlətidir. Trampın son Ərdoğan bəyənatı da təsdiq edir ki, ABŞ və onun bölgədəki gücü olan İsrail Türkiyə ilə hesablaşmağın vacibliyini anlayırlar. Ona görə İsrail də Türkiyənin regiondakı maraqlarını qəbul etməyə məhkumdur. İsrailin Suriya ilə bağlı Türkiyəyə hər hansı diktə etməsi qeyri-mümkündü. Çünki İsrailin Qəzzadakı yumşaq desək, bərbad fəaliyyətindən fərqli olaraq rəsmi Ankara Suriyada ağıllı və təmkinli siyasət yürüdür. Hesab edirəm ki, Bakı görüşü tərəflərin dialoqa başlaması baxımından əhəmiyyətlidir. Amma iki ölkə arasında sürətli siyasi yaxınlaşmanın hələ tez olduğunu düşünürəm".
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə